Göyçay rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
- 04.04.2020, 13:36,
- Siyasət / Gündəm
- Baxılıb: 681
Facebook
Вконтакте
Одноклассники
Google+
Göyçay rayon İcra Hakimiyyətinin inzibati binasında Qərargah üzvlərinin növbəti iclası keçirildi
Xüsusi qərargah üzvlərinin iştirakı ilə koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunmasının, koronavirus infeksiyasının rayonda yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə növbəti iclas keçirilib.
İclasda qeyd edilib ki, rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar baş verə biləcək yoluxma hallarının qarşısının alınması məqsədilə hər gün maarifləndirmə, təbliğat və dezinfeksiya tədbirləri davam etdirilir.
Həmçinin şəhərin prospekt və küçələri, yaşayış məhəllələrinin əraziləri, çoxmənzilli binaların giriş blokları və pilləkənlər suya xüsusi dezinfeksiyaedici maddə qatılmaqla yuyulub, park və xiyabanlarda, ərzaq mağazalarında təmizlik və dezinfeksiya işləri aparılıb.
Rayon İcra Hakimiyyətinin başçısı xüsusi karantin rejiminə nəzarəti gücləndirdi
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ölkədə elan olunan xüsusi karantin rejimi koronavirus (COVID-19) infeksiyasına yoluxma riski yüksək olan, yaşı 65-i ötmüş vətəndaşların evdən bayıra çıxmalarının qadağan olunduğundan xüsusi karantin rejimi dövründə evdə qalmaları onların bu pandemiyadan qorunmaları üçün sosial yardımlar davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı koronavirusa qarşı mübarizənin gücləndirilməsi üçün bütün zəruri tədbirləri görür, əhali arasında izahat işlərinin aparılmasına, yaşayış məntəqələrinin dezinfeksiya olunmasına, karantin tədbirlərinin tələblərinə əməl olunmasına, həmçinin rayon ərazisində əhalini gündəlik təlabatını ödəmək məqsədilə fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərinin tələblərə əməl etməsi vəziyyətini öyrənmək məqsədilə Göyçay şəhəri ərazisində müşahidələr aparır.
Rayonun Kürdşaban, Qaraman, İnçə, Qaraməryəm, İkinci Ərəbcəbirli, Müskürlü kənd inzibati ərazi dairələri üzrə nümayəndələri vasitəsi ilə sosial yardıma ehtiyacı olan tənha, ahıl vətəndaşlar müəyyən edilmiş, gündəlik zəruri ərzaq tələbatı və dərman preparatlarının çatdırılması ilə əlaqədar tənha ahıl sakinləri ziyarət edən işçilər onlarla maarifləndirici söhbətlər aparır, habelə qayğı və problemləri ilə maraqlanırlar. Onlar göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Rayon Qərargahı tərəfindən yaradılmış mobil qruplar rayonun müxtəlif ərazilərində sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum ünsiyyətdə olmaq tövsiyə edilir.
Karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət və dezinfeksiyaedici işləri daha da gücləndirilib
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Göyçay rayon ərazisində karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət və dezinfeksiyaedici işlər daha da gücləndirilib.
Rayonda infeksiyanın yayılması hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əhalinin yığcam məskunlaşdığı ərazilərdə dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir. Həmçinin rayonun Qarabaqqal, Cəyirli və Qaraməryəm kəndlərin ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir.
65 yaşdan yuxarı olan tənha yaşayan şəxslərə köməklik olunması rayonda daim diqqət mərkəzindədir
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə müvafiq olaraq, rayonda yaşlı insanlara köməkliklər edilməsi davam edir.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan rayonda tənha yaşayan sakinlərə yardımlar edilməsi diqqət mərkəzində saxlanılır.
02 aprel 2020-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyəti tərəfindən şəhər sakinləri ilə yanaşı rayonun Potu, Ulaşlı Şıxlı, Üngütlü, Kürd və Alxasava kəndlərində yaşayan ahıllara ərzaqlar paylanılıb, onların gündəlik problemləri ilə yerində maraqlanıblar.
Ümumilikdə, bu sosial layihə Göyçay rayonu ərazisində yaşı 65-i ötmüş tənha yaşayan 261 nəfəri əhatə edib.
Rayonda mobil qrupların fəaliyyəti davam edir.