Müstəqim Məmmədovun rəhbərliyi altında böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayon sakinlərinə müraciəti


Əziz qəhrəman tərtərlilər, hörmətli vətəndaşlar!
Bildiyimiz kimi bütün dünyanı ağuşuna almış koronavirus pandemiyası bizim ölkəmizdən də yan keçmədi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün qabaqlayıcı tədbirlər vaxtında görüldüyü üçün qonşu ölkələrlə müqayisədə bizim respublikada yoluxma səviyyəsi nisbətən aşağıdır. Ancaq bir adam lazım olan məsafəni gözləmirsə 400 nəfəri yoluxdura bilirsə biz buna laqeyid qala bilmərik.
Sizi hamılıqla xüsusi karantin rejimi ilə bağlı tələb və qaydalara əməl etməyə, gigiyena qaydalarına düzgün riayət etməyə çağırıram. Belə bir həssas durumda doğmalarınızın, sevdiklərinizin sağlam qalmağını istəyirsinizsə, xüsusi karantin dövrünün tələblərinə ciddi surətdə əməl edin, ailədəki yaşlı insanların, xroniki xəstəlikləri olanların qayğısına qalın, özünü təcrid rejiminə əməl edin.
Nəzərinizə çatdırıram ki, rayon icra hakimiyyəti başçısı yanında operativ qərargah, xüsusi rejimli karantinin tələblərinin yerinə yetirilməsi ilə bağlı komissiya və “Qaynar xətt” (022-23-6-17-75) fəaliyyət göstərir. Sizi narahat edən məsələlərlə bağlı “Qaynar xətt”imizə müraciət edə bilərsiniz.
Siz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci vitse Prezident Mehriban xanım Əliyevanın koronavirusla bağlı xalqın sağlamlığından nə qədər narahat olduğunun şahidi oldunuz. Belə bir həssas vaxtda möhtərəm Prezidentin, onun xanımının öz xalqının yanında olması, insanların qayğısı ilə yaşaması, öz vətəndaşlarına dəstək göstərməsi insanlarda yüksək əhval-ruhiyyə, gələcəyə sağlam baxış formalaşdırdı.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da koronavirusla mübarizə tədbirləri, maarifləndirmə, dizinfeksiya  işləri gücləndirilib , xüsusi rejimli karantinin tələblərini pozanlar inzibati qaydada cəzalandırılır. Bütün görülən tədbirlər Sizin sağlamlığınız üçündür. Koronavirusun acı nəticələrindən qorunmaq üçün vətəndaş həmrəyliyi lazımdır. Ona görə də hər birinizə “Evdə qal, sağlam qal,”-deyirik.
Əziz qəhrəman tərtərlilər, hörmətli vətəndaşlar!
Biz müharibənin ağrı acısını görmüş, Düşmənlə üz-üzə yaşayıb işləyən, vuruşan, düşmənə bir qarış da torpaq verməyən insanlarıq.
2016-cı ilin aprel döyüşlərində də öz ənənəmizə sadiq qaldıq, ordu-dövlət-xalq birliyi nümayiş etdirdik. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi ,,...tərtərlilər həmişə qəhrəmanlıqlarını, vətənə bağlılıqlarını göstərmişlər. 2016-cı ilin aprel döyüşləri zamanı tərtərlilərin hamısı bir nəfər kimi öz torpağını müdafiəyə qalxmışlar. Bir nəfər də yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır və Vətənə olan bağlılıqdır”.
Bir rayon rəhbəri kimi mən inanıram ki, biz birlikdə koronavirusa qarşı mübarizədə də həmrəy olub, qalib gələcəyik. Bu çətin günlərdə  bir daha Sizi xüsusi rejimli karantinin tələblərinə əməl etməyə, vacib bir işiniz olmadıqda evdən çıxmamağa çağırıram. Bir daha deyirəm “Evdə qal, sağlam qal”. Sağlam qal ki, düşmən üzərində qələbə sevincini yaşaya bilək. Sağlam qal ki, işğaldan azad olunan torpaqlarımızda yenidən Azərbaycan bayrağının dalğalandığını görə bilək!


Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə rayonda dezinfeksiya tədbirləri intensivləşdirilib


Tərtər rayonunda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik tədbirlər davam etdirilir.
Belə ki, rayonda epidemiya ilə bağlı tibbi-proflaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq, təxirəsalınmaz işlər görülür. İnfeksiyanın qarşısını alnması məqsədilə həyata keçirilən dezinfeksiya işləri müəyyən edilmiş qrafikə əsasən bütün yaşayış məntəqələrini əhatə etməklə aparılır. Profilaktik tədbirlərin xüsusi karantin rejimi dövrü bitənədək keyfiyyətlə aparılması Rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır.
Rayon ərazisində küçə və prospektlər, eləcədə kənd yolları, çoxmənzilli binaların girəcəkləri, pilləkən qəfəsləri və ətraf sahələr gündəlik olaraq təmizlənərək, dezinfeksiya edici məhlullarla yuyulur. Bundan əlavə, sərnişin daşıma xidməti göstərən bütün növ avtonəqliyyat vasitələri, ticarət və xidmət obyektləri, ödəniş terminalları, bankomatlar xüsusi dezinfeksiya məhlulları ilə mütəmadi təmizlənir.






















Azərbaycanın hər bir bölgəsi kimi, Tərtər rayonunda da regionların inkişafı dövlət proqramlarının icrası rayon iqtisadiyyatının inkişafına, abadlıq quruculuq işlərinin və yeni sosial obyektlərin tikintisinin aparılmasına, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı və sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, əhalinin məşgulluğunun artırılması və rayon sakinlərinin yaşayış səviyyəsinin yüksəldilməsinə ciddi təkan olmuşdur. Tərtər cəbhə xəttində yerləşən, ən gərgin döyüşlərin getdiyi rayonlarımızdan biridir. Erməni işğalçılarının mütəmadi olaraq atəşkəs rejimini pozması, təxribatlara əl atmaq üçün dəridən, qabıqdan çıxması fonunda gərginlik yaşayan rayonda həyat qaynayır. Bu qaynamanın səbəbi Tərtər camaatının təsərrüfat işlərində fəal olması və rayonun icra başçısı Müstəqim Məmmədovun gərgin iş qrafikidir. Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.Müstəqim Məmmədov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.

Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Müstəqim Məmmədov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər. Müstəqim Məmmədov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur. Vətəndaşların yaşayış şəraitinin, sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, rayonun maddi cəhətdən imkansız ailələrinə diqqət artırılmışdır.

Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə də yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir. Belə ki, Müstəqim Məmmədov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır. İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır. Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlar da deyirlər ki, hal hazırda onlar üçün zəruri olan bütün şərait yaradılıb.
Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Tərtər camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur. Hazırda Müstəqim Məmmədovun rəhbərliyi altında bu sahələrdə bir sıra yeniliklərin edildiyi, böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır. Əhali ilə görüşlər keçirilərək, onların problemləri dinlənilir və yardımlar edilir. Məsələn, icra başçısının sonuncu belə görüşü Surov kəndində təşkil olunub. Əhali ilə söhbət zamanı onları dinləyən Müstəqim Məmmədov, problemləri aradan qaldırmaq üçün lazım olan addımları atacağını bildirib.

Rayonda işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması sahəsində də əsaslı addımlar atılıb. Müstəqim Məmmədovun gərgin əməyinin nəticəsi olaraq Tərtərdə bir ildə xeyli iş yerləri açılıb, yeniləri isə açılmaq üzrədir. 2020-ci ildə də Tərtər rayonu bu sahədə ən öncüllərdən biri olacağı şübhə doğurmur.
 

  • Нравится
  • 0
  • Bzyzji
  • 26-11-2022, 15:15
  • : 15:15
levaquin 500mg cheap buy levaquin 500mg sale
действия
Şou Biznes