Qaradağda xüsusi karantin rejimində təbliğat, maarifləndirmə və dezinfeksiya işləri davam etdirilir



Qaradağ rayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş könüllülərdən ibarət qrup üzvləri bu gün rayonun bütün qəsəbələrində yaşı 65-dən çox olan və tənha yaşayan 125-dən artıq sakini evlərində ziyarət etmiş, onlara ərzaq və dərman yardımı ilə köməklik göstərmişlər.
   Qeyd edək ki, Qaradağ rayonun sakinləri xüsusi karantin rejiminə tabe olur, evdən bayıra az çıxırlar.  Bu gün də qəsəbələrdə çalışan mobil qrup üzvləri qəsəbələrdə gün ərzində gəzərək xüsusi səsgücləndiricilər vasitələri ilə vətəndaşlara bir daha xüsusi karantin haqqında məlumatlar vermişlər.  Könüllülər bu gün də sakinlərin evdə qalmaları üçün təbliğat xarakterli plakatları bütün ictimai yerlərində, o cümlədən yaşayış binalarının giriş qəfəslərində, dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə asmağa davam etmişlər.
   Xatırladaq ki, artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılmış və parklara giriş məhdudlaşdırılmışdır. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin  əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulmuşdur. Gündəlik aparılan  dezinfeksiya işləri də rayonunun bütün qəsəbələri olmaqla, Qızıldaş, Sanqaçal, Qobustan və Müşfiqabad qəsəbələrinin ərazisində də davam etdirilir. Rayonun qəsəbələrində dezinfeksiya işlərini aparan 320 nəfərin hər biri lazımi püskürücü  texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilmişdir. Dezinfeksiya edən şəxslərə bu texnika və ləvazimatların istifadə şərtləri izah edilmiş, bildirilmişdir ki, bu şərtlərə ciddi əməl olunmalıdır. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.



Qaradağ rayonunda bir neçə gündür aparılan təbliğat işlərinin nəticəsi olaraq vətəndaşlar xüsusi karantin rejiminə tabe olurlar. Buna baxmayaraq qəsəbələrdə çalışan mobil qrup üzvləri evdən çıxan vətəndaşlara bir daha xüsusi karantin haqqında məlumatlar verirlər. Sakinlərin evdə qalmaları üçün təbliğat xarakterli plakatlar hazırlanmış və rayonun bütün ictimai yerlərində, o cümlədən yaşayış binalarının giriş qəfəslərində, dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə asılmışdır.
  Qaradağ rayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş könüllülərdən ibarət qruplar qəsəbələrdə yaşı 65-dən çox olan və tənha yaşayan sakinləri evlərində ziyarət edir, onlara ərzaq və dərman yardımı ilə köməklik edirlər.
   Qeyd edək ki, dezinfeksiya işləri də gündəlik olaraq rayonunun bütün qəsəbələri olmaqla, Lökbatan, Sahil, Çeyildağ, Ümid və Ələt qəsəbələrinin ərazisində də davam etdirilir. Rayonun qəsəbələrində dezinfeksiya işlərini aparan 320 nəfərin hər biri lazımi püskürücü  texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilmişdir. Dezinfeksiya edən şəxslərə bu texnika və ləvazimatların istifadə şərtləri izah edilmiş, bildirilmişdir ki, bu şərtlərə ciddi əməl olunmalıdır. Aparılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.
  Xatırladaq ki, artıq bir neçə gündür ki, rayon ərazisindəki bütün istirahət parklarının girişləri bağlanılmış və parklara giriş məhdudlaşdırılmışdır. Qəsəbələrdə yaradılmış abad məhəllələrdə sakinlərin  əyləşməsi üçün nəzərdə tutulan oturacaqlardan uşaq-əyləncə və idman qurğularından da istifadəyə qadağa qoyulmuşdur.


İnzibati ərazi vahidi olaraq formalaşdığı dövr böyük zaman kəsiyini əhatə etməsə də, sözün əsl mənasında, zamanı qabaqlaya bilib. Bunun ən ümdə səbəblərindən biri Qaradağ rayonunun yaranmasının ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin birinci dövrünə təsadüf etməsi idi. Ötən illər rayonun istər iqtisadi, istərsə də sosial-mədəni həyatında yüksəliş və tərəqqi illəri kimi yadda qalmışdır. Ulu öndərin respublikada ikinci hakimiyyəti dövrü isə bütün ölkədə olduğu kimi, paytaxtın bu mərkəzi rayonunda da köklü keyfiyyət dəyişikliklərinin, xarakter və məzmunu etibarilə yeni islahatların həyata keçirilməsini təmin etdi. Rayon uzun müddət girdabında çabaladığı ətalət və sükunətin buxovlarından xilas oldu, inkişafının sıçrayış mərhələsinə qədəm qoydu. Bu dinamikanı müstəqillik tariximizin ulu öndərlə bağlı illərinin statistikası da təsdiq edir. 

Qaradağ rayonu həm sənayesinin müstəsna əhəmiyyətinə, həm də əhalisinin sosial təbəqələşmədəki yerinə görə həmişə respublika rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycanın hər bir guşəsi kimi, rayonumuz da inkişafının keyfiyyətcə məhsuldar dövrünü yaşayır. Ulu öndərin hakimiyyəti illərində özünə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış rayon Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son səkkiz ildə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında intibah kimi dəyərləndirilə biləcək mərhələnin uğurlu başlanğıcıdır. Hazırda Qaradağ rayonunun hər bir sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.

Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra hakimiyyəti üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.

Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.

Bütün bunlar Qaradağ rayonunun Azərbaycanın tərəqqisini özündə aydın əks etdirən əsas ünvanlardan birinə çevrildiyini, qarşıdakı dövr ərzində isə rayonda inkişaf dinamikasının daha böyük vüsət alacağını qətiyyətlə söyləməyə əsas verir.
 
Şou Biznes