Göyçay: çinarlar şəhəri yeni inkişaf mərhələsində - ÖZƏL


Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə rayonda ağsaqqalların nümayəndələri ilə çay süfrəsi arxasında görüş keçirmişdir


Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin rayonda ağsaqqalların nümayəndələri ilə keçirdiyi görüşdə Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi və Göyçay bələdiyyəsinin sədri iştirak etmişlər. Keçirilən görüşdə vətəndaşlara çay süfrəsi arxasında sərbəst müraciət etmələrinə şərait yaradılmışdır.
Görüşdə rayon icra Hakimiyyətinin başçısı söhbət zamanı ölkəmizin son illərdə inkişaf sürətinə nəzər salmış və ölkə başçısı tərəfindən xeyli sayda əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrin, tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən bir çox fərman və sərəncamlarından söz açdı və Göyçay şəhərində aparılan abadlıq və quruculuq işlərindən danışdı.
Sonra şəhər sakinlərinin müraciətləri dinləninldi. Şəhər sakinləri son aylar ölkə başçısı tərəfindən qəbul olmuş sosial yönümlü fərman və sərəncamlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlığını bildirdildər.
Görüş zamanı şəhər əhalsinin problemləri dinlənilmiş, qaldırılan məsələlərin və müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə məsul şəxslərə tapşırıqlar verilmişdir.



Bu gün dövlətimizin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, çinarlar şəhəri Göyçay da digər bölgələrimizin rayonları kimi, regional inkişaf proqramı çərçivəsində inkişaf edir, müasirləşir. Əlbəttə ki, bu inkişaf, bu tərəqqi bir daha ölkəmizin qüdrətlənməsindən, xalqımızın güzəranının yaxşılaşmasından xəbər verir.


Son illər özünün dinamik inkişafı ilə seçilən belə rayonlarımızdan biri isə Göyçaydır.

Göyçay dəyişib, gözəlləşib və inkişaf edir.

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Göyçay tutur. Qeyd edək ki, Göyçay son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Mehdi Səlimzadənin gərgin əməyinin nəticəsidir. Belə ki, Mehdi Səlimzadə Göyçaya rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Göyçayda görüləcək işlər çoxdur. Həm də göyçaylılar üçün görüləcək işlər həddindən artıq çoxdur. Mehdi Səlimzadə əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, bir zamanlar Göyçay yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb.

Göyçay rayon sakinlərinin əldə etdiyi göstəricilər sürətli inkişafa ən yaxşı nümunədir - ÖZƏL



Umumiyyətlə cənab Mehdi Səlimzadə tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir. Mehdi müəllim cənab Prezidentin sozləri ile desek ozunu Göyçay rayon sakinlarinin bir nömrəli xidmətçisi sayır. Əminliklə demək olarki Göyçay rayonu öz simasını tamamı ilə dəyişib. Bunu sakinlərlə söhbətimizdədə təsdiqlədilər.

Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkə başçısının Göyçay rayonunda aparılan bu işlərə verdiyi yüksək qiyməti bu gün bəzi mətbuat orqanları və saytlar həzm edə bilmir, hec bir həqiqətə söykənməyən, qərəzli məlumatlar yayaraq özlərini reklam etməyə, bu eybəcər yolla oxucu toplamağa çalışırlar. Lakin bu qısqanclığın bircə adı var ki, o da öz peşəsini bilməmək, jurnalistikadan uzaq olan bəzi insanların bu sahədə çalışmalarıdır. Bütün bunlara baxmayaraq, Göyçay rayonu respublikamızın digər rayonları kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daima inkişaf edəcək və yeni-yeni uğurlara imza atmaqda davam edəcək.
Göyçay rayon sakinlərinin əldə etdiyi göstəricilər sürətli inkişafa ən yaxşı nümunədir - ÖZƏL
  • Нравится
  • 0
  • Yxajdg
  • 29-11-2022, 14:56
  • : 14:56
levofloxacin 250mg pill buy levofloxacin generic
действия
Şou Biznes