Nəsimi rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Nəsimi rayonunda sakinlərə tibbi maskaların paylanılması davam etdirilir




Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Nəsimi rayonu ərazisində genişmiqyaslı qabaqlayıcı tədbirlər davam etdirilir. 
Rayon ərazisində sanitar-gigiyenik vəziyyət ciddi nəzarətdə saxlanılaraq təxirəsalınmaz işlər görülür.
Rayon İcra Hakimiyyətinin əməkdaşları növbəti dəfə rayon ərazisində sakinlərlə fərdi izahetmə-xəbərdarlıq işləri apararaq, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, özünütəcrid tədbirlərinə uyğun davranmağı, digər şəxslərlə minimum kontaktda olmağı, qoruyucu tibbi maskadan mütləq qaydada istifadə edərək insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamağı tövsiyə edərək vətəndaşlara tibbi maskalar paylayıblar. 









Nəsimi rayon İcra Hakimiyyətində növbəti videomüşavirə keçirilmişdir



Nəsimi rayonunda rayon İcra Hakimiyyəti başçısının Birinci müavini Gülarə  Verdiyevanın sədrliyi ilə İcra Hakimiyyətinin məsul əməkdaşlarının və bir qrup rayon könüllülərinin iştirakı ilə videomüşavirə keçirilmişdir. Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 01-17 may 2020-ci il tarixlərində  keçirdiyi görüşlər, iştirak etdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar barədə videomüşavirə iştirakçılarına geniş məlumatlar verilmişdir. 2018-ci ildən başlanmış islahatların 2020-ci ilin əvvəlindən başlayaraq bütün sahələri əhatə etməsi xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, aparılan kadr islahatları bütün kadrların qarşısına yeni vəzifələr qoyur. Bu günkü kadr islahatlarının əsas xətti onu göstərir ki, korrupsiya ilə mübarizədə hər kəs daha mübariz olmalı və vətəndaş-məmur münasibətləri daha faydalı prinsiplər üzərində qurulmalıdır.
Həmçinin videomüşavirə iştirakçılarına Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyətinə dair ətraflı məlumatlar verilərək Könüllülərin cəmiyyətimizdə xüsusi yerinin olduğunu vurğulanmış, respublikamızda, o cümlədən Nəsimi rayonunda da könüllülərdən ibarət təşkilatlar tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatlar verilmişdir.
Natiq Könüllüləri rayonun ictimai işlərində daha da fəal olmağa çağırmışdır.
Müşavirədə çıxış edən könüllülər belə müşavirələrin əhəmiyyətini xüsusi qeyd edərək gələcəkdə də rayonun ictimai işlərində fəal iştirak edəcəklərini bildirdilər.




Nəsimi rayonunda dezinfeksiya işləri davam etdirilir




Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə  uyğun olaraq Nəsimi  rayonunda  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması  istiqamətində zəruri tədbirlər  görülür. 
     Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerlərinin  zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiyası işləri davam etdirilir.










Nəsimi rayonunda sosial aksiyalar davam etdirilir




Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı  ailələrə  dəstək olmaq məqsədilə rayonda başlanılmış sosial aksiyalar davam etdirilir.
Aksiya çərçivəsində  icra hakimiyyətinin əməkdaşları tərəfindən qeyd olunan həssas kateqoriyadan olan ailələlərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır, eləcə də onlara infeksiyadan qorunmaq üçün şəxsi gigiyena qaydaları və sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilir.
Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirən vətəndaşlar  elan olunmuş xüsusi karantin rejimi dövründə hər kəsi dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.








Şou Biznes