Malik İsaqovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!


Rayonda koronavirus infeksiyası ilə bağlı görülən işlər davam etdirilir




Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən, koronavirus infeksiyası ilə bağlı Qubadlı rayonunda təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etməkdədir. Belə ki, rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı ərazilərdə,  Sumqayıt şəhəri, 15, 48-ci məhəllədə, 12-ci mkr-da, 260 ailənin məskunlaşdığı Abşeron rayonu, St.Sumqayıt, Yeni yaşayış massivində ümumilikdə 20 yataqxana binasında, 18 çoxmənzilli yaşayış binasında, 2 yarımçıq binada, 6 idarə, 1 tibb məntəqəsində eyni zamanda  rayonun bütün idarə, müəssisə və təşkilatlarının binalarında  sanitar-dezinfeksiya işləri həyata keçirilir. Binaların, yataqxanaların girəcəkləri, pilləkən qəfəsləri, və həyətyanı sahələr təmizlənir.
Rayon İcra Hakimiyyətinin, həmçinin müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən, eləcə də Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, iş adamlarının köməkliyilə rayondan olan yaşlı insanlara, tənhalara, imkansız və işsiz ailələrə ərzaq yardımları olunur. Qubadlı rayon sakinlərindən daha 30 ailəyə (ümumilikdə 2400 ailə) ərzaq bağlaması verildi. Nəzarətə götürülmüş yaşı 65-dən yuxarı olan 297 tənha sakinlərə mütəmadi olaraq baş çəkilir və onların gündəlik tələbatları ödənilir. Hər bir sakinlə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etmək və evdə qalmaqla özlərini qorumaqla bağlı söhbətlər aparılır. Sakinlər Dövlət başçısına göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirirlər.







Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqov  - Dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru



Son illər ölkə iqtisadiyyatının dinamik inkişafının təmin olunması işləri ilə paralel olaraq, iqtisadi fəaliyyətin və gəlirlərin tam şəffaflaşdırılması istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilmişdir. Bu islahatlar “kölgə” iqtisadiyyatının miqyasının əhəmiyyətli dərəcədə kiçilməsinə və rəqabət mühitinin daha da yaxşılaşmasına mühüm əsaslar yaratmışdır.  
Dövlət tərəfindən təkmil nəzarət və təşviqyönümlü mexanizmlərin geniş tətbiqi nəticəsində iqtisadi fəaliyyət sahələrində şəffaflığın ciddi şəkildə artmasına nail olunmuşdur. Bununla da dövlət-biznes münasibətləri daha sağlam əsaslar üzərində qurulmuş, bütün sahələrdə maliyyə intizamı yaxşılaşmışdır.
Statistik məlumatlara görə, 2020-ci ilin I rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələmişdir.
Buna paralel olaraq əmək haqqı fondu da ağarmışdır. 2019-cu ildə əmək müqavilələrinin sayı 153 min artmış, o cümlədən bu artımın 99 mini özəl sektorun payına düşmüşdür. Ümumilikdə son 5 rüb, yəni 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin təsdiq etdiyi və pandemiyanın iqtisadiyyata, sosial rifaha və məşğulluğa mənfi təsirlərinin azaldılmasına xidmət edən Tədbirlər Planının mühüm bir istiqaməti də iş yerlərinin və işçilərin əməkhaqlarının qorunması, əhalinin məşğulluq imkanlarının artırılmasına yönəlib.
Pandemiya dövründə dövlət və özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması istiqamətində məqsədyönlü işlər aparıldı. Nəticədə mövcud iş yerləri nəinki qorundu, həmçinin “Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən, 2020-ci ilin əvvəlindən əmək müqavilələrinin sayında 105 min nəfərlik (o cümlədən özəl sektorda 94 minə yaxın) artım oldu. 
Beləliklə pandemiya dövründə muzdla işləyən 1 milyon 660 min şəxsin məşğulluğu təmin edildi və onlar işsizlik riskindən qorundu.
Şəffaf fəaliyyət iş yerlərinin qorunmasını və dövlətin bütün güzəştlərinə tam çıxış imkanlarını təmin etdi. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə edir. Koronavirus pandemiyası dövründə hazırlanan Tədbirlər planı buna mühüm nümunə ola bilər. Tədbirlər planında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə zərər çəkən sahələrdə iqtisadi aktivliyin dəstəklənməsinə 900 mln.manat birbaşa kompensasiya ödənişi ayrılmışdır.
Bu çərçivədə muzdlu işçilərin iş yerləri qorunmuş, zərər çəkən sahibkarlara maliyyə dəstəyi göstərilmiş, onlara geniş vergi güzəştləri verilmiş, fəaliyyət sahələrinə ayrılan 1.5 mlrd.manat bank kreditlərinə dövlət zəmanəti verilmiş və faizləri subsidiya edilmişdir.
Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Belə “işgüzar cəmiyyət” uzun müddət “kölgə”də olmaqla dövlət ilə əməkdaşlıq imkanlarını itirdi və nəticədə dövlət-biznes münasibətlərindən kənarda qaldı. Bu səbəbdən dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi.
Əlavə olaraq iqtisadiyyata mənfi təsirlər zamanı öz fəaliyyətində dürüst olan intizamlı sahibkarı və vətəndaşı qorumaq dövlət üçün daha asan oldu. Qeyri-şəffaf fəaliyyətdə olanlar isə dövlətin geniş maliyyə dəstəyinin daha böyük hissəsindən kənarda qalır.  
Bununla yanaşı, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir.
Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar təbii olaraq şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Belə bir vəziyyət dövləti əslində çətin seçim qarşısında qoydu. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.
Aprelin 17-də Prezident cənab İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməsini tapşırdı. “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda, koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə vurğulayan cənab Prezident  bir daha dedi: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar da dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır.  Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.
Beləliklə, pandemiya dövründə işsiz kimi qeydiyyata alınan 600 min vətəndaşa iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinətin verilməsi nəzərdə tutuldu. Halbuki, şəffaf fəaliyyət göstərməklə dövlətin bütün maliyyə yardımından faydalanmaq və daha çox sosial yardım əldə etmək olardı.
Belə ki, əmək qabiliyyətli ailə üzvünün formal sektorda işləməsi tələbi əsas şərtlərdən olan ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi pandemiya dövründə genişlənmiş, təkcə aprel ayında əlavə 12 min ailə (50 min ailə üzvü) də bu proqrama cəlb edilmiş və hazırda 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir.
Digər tərəfdən, pensiya, müavinət və təqaüd alan 2 milyon şəxsə ödənişlərin davamlılığı təmin edildi. Sosial ödənişlər formal sektorda işləyən şəxslər üçün sosial dayaq və sosial müdafiə rolunda çıxış edir. Qeyri-formal sektorda çalışanlar isə qeyd olunan ödənişlərdən kənarda qalır.
Pandemiya dövründə Qubadlı rayonunda vətəndaşların məşğulluğu, idarə-müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqqı, pensiya, müavinət və təqaüd alan şəxslərin ödənişlərinin davamlılığı təmin edilmişdir.
Belə ki, rayon üzrə I rübdə vergi yığımı 676 160 manat vergi proqnozuna qarşı 1.464.399 manat olmuşdur ki, bu da 787 800 manat əlavə vəsait deməkdir.
Rayonda  I rübdə 63 yeni iş yeri açılmışdır ki, onlardan 16-sı müəssisə, 47-si fiziki şəxslərə aid iş yerləridir. O cümlədən karantin dövründə 19 nəfər haqqı ödənilən ictimai iş yerləri ilə təmin olunmuşdur.
Rayon üzrə 651 nəfərə iki ay müddətində yaşayış minimumu həcmində (190 manat) birdəfəlik müavinət verilmişdir.
Həmçinin aprel ayı ərzində 329 ailənin 1297 üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilmiş (64.922 manat 24 qəpik), 6380 nəfərə ümumilikdə 1.720.900 manat 24 qəpik olmaqla əmək pensiyası, 4145 nəfərə isə 456.100 manat 93 qəpik olmaqla müavinət və təqaüd ödənilmişdir.
Ölkə Prezidentinin müvafiq Fərmanı ilə il ərzində Penitensiar müəssisələrdən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə tibbi və sosial yardıma ehtiyacı olan 2 nəfər vətəndaşa hər birinə 1000 manat olmaqla 2000 manat birdəfəlik müavinət  ödənilmişdir.
    Şöbənin Sosial Məişət Xidməti Sektorunda 284 nəfər tənha-ahıl və əlil qocalara sosial xidmət göstərilir. Bunlardan 157  nəfər  70  yaşdan yuxarı,127 nəfər isə 70 yaşdan aşağı olan əlil və ahıl tənhalardır. Eyni zamanda 4 nəfər Böyük Vətən müharibəsi veteranlarına hər birinə 300 manat olmaqla ümumilikdə 1200 manat pul vəsaiti verilmişdir. Hesabat dövrü ərzində  sosial xidmət işçiləri rayon ərazisində onlara təhkim olunan tənha-ahıl və  əmək qabiliyyətini itirmiş və evdə qulluğa ehtiyacı olan  əlil vətəndaşlara, ticarət, ictimai-iaşə, kommunal, məişət  və  tibbi xidmət işini təşkil etmişlər.
      Əlavə olaraq bildiririk ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşınının alınması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş karantin dövründə sosial xidmət işçiləri tənha və ahıl qocalara daim diqqət  və qayğı göstərmişdirlər.
     Koronavirus dövrünün “acı nəticələri” ni nəzərə alaraq rayondan olan hər bir sahibkar dövlət başçısına həmrəylik nümayiş etdirdi. Bu da vətəndaşları karantin dövründə baş verə biləcək gözlənilməz təsirlərdən qorumuş oldu.
   Bunu nəzərə alaraq iqtisadi fəaliyyətdə məsuliyyət və nizam-intizama üstünlük veriləcək və bundan sonra da davam etdiriləcəkdir.



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqovdur.

Ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Qubadlı rayonunun da sosial iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilmiş, nəzərdə tutulmuş proqnozların yerinə yetirilməsi təmin edilmişdir.
Son illər ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında bir çox tarixi və əlamətdar hadisələrlə yadda qaldı. Yola saldığımız ilin ən əlamətdar hadisəsi aprel ayında keçirilmiş Prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamlı və parlaq qələbəsi bir daha onu göstərdi ki, Azərbaycan xalqı ölkə rəhbəri İlham Əliyevin apardığı məqsədyönlü siyasətə çox böyük dəstək verir, ona inanır, güvənir və etimad göstərir. Şübhəsiz, bu cür qarşılıqlı inam şəraitində Prezident İlham Əliyev hələ uzun illər xalqı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaqdır.


Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqov peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Malik İsaqov bu işin müqəddəsliyini qoruyub saxlayır. Malik İsaqov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Malik İsaqovdan danışdılar yaxşı ki, Malik İsaqov Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı təyin olunub… Malik İsaqov öz isguzarlığı ilə tanınır və seçilir….

Malik İsaqov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Malik İsaqovu heç vaxt əqidəsindən döndərə bilməz.

Malik İsaqov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Malik İsaqov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Malik İsaqov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Malik İsaqovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Malik İsaqov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Malik İsaqov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Malik İsaqov özünü doğruldub. Bizdə hörmətli Malik İsaqovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
  • Нравится
  • 0
Şou Biznes