Qubadlı rayon icra hakimiyyətində silsilə tədbirlər davam edir - ÖZƏL


Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqov - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.

Bu tədbirlərdən bir istiqaməti sərt karantin rejiminin tətbiqi oldusa, digər istiqamətləri vətəndaşlara vaxtında tibbi-sosial qayğının təmin olunması, iqtisadiyyatın zərərçəkən sahələrinin dəstəklənməsidir.
Fevralın sonlarından etibarən karantin tədbirləri başlandı, martın ortalarında isə bir sıra istiqamətlərdə fəaliyyətlər dayandırıldı. Koronavirusa yoluxanların vaxtında aşkarlanması üçün təcili tədbirlər həyata keçirildi, yoluxma hallarının müşahidə olunduğu ölkələrdən gələnlər karantinə alındı.
Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır.
Bütün bunlar Azərbaycana imkan verəcək ki, pandemiyadan sonrakı bərpa və inkişaf templərini daha qısa müddətdə təmin edə bilsin.

 

Dezinfeksiya işləri davam etdirilir



 Koronavirus infeksiyası ilə bağlı dezinfeksiya işləri davam etdirilir. Belə ki, rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhəri, Kimyaçilar qəsəbəsində, 8-ci mikrorayonda,  29-cu, 40-cı və 42-cı məhəllələrdə ümumilikdə 18 yataqxanada,  5 çoxmənzilli yaşayış binalarında, rayon İcra Hakimiyyətinin inzibatı binasında, inzibatı ərazi dairələri üzrə nümayəndəliklərin binasında, DSMF Qubadlı rayon şöbəsinin binasında, Rayon Maliyyə şöbəsinin və Məşğulluq Mərkəzinin binasında, Səfərbərlik və Hərbi Çağırışlar üzrə Dövlət Xidməti Qubadlı rayon bölməsinin binasında,  Rayon Polis şöbəsinin, Vergiər İdarəsinin binasında, Rayon Mərkəzi Xəstəxanasının Poliklinika binasında  sanitar-dezinfeksiya işləri həyata keçirildi və həyətyanı sahələr təmizləndi.





Aztəminatlı ailələrə olunan yardımlar davam etdirilir



         Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa (COVİD-19) qarşı mübarizə tədbirləri davam etdirilir. Dövlət başçısının və Birinci vitse –prezident  Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq yardımlar paylanılır.
      Bu tədbirlər rayonumuzda da davamlı olaraq həyata keçirilir. Rayon İcra Hakimiyyəti, eləcə də rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə iş adamları tərəfindən,həmçinin müxtəlif dövlət qurumları və təşkilatlar tərəfindən də rayondan olan yaşlı insanlara, tənhalara, imkansız və işsiz ailələrə ərzaq yardımları olunur.
     Son günlərdə  rayon sakinlərindən daha 350 ailəyə ərzaq bağlaması verildi. Sakinlər dövlət başçısına göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirirlər. Ümumilikdə bu günədək 1800-ə yaxın ailələrə ərzaq bağlamaları verilmişdir.

Koronavirus infeksiyası ilə bağlı rayonda görülən işlər



     Qubadlı rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən əhalinin sıx məskunlaşdığı Sumqayıt şəhərində, 41-ci və 47-ci məhəllələrdə, 4-cü,  9-cu, 10-cu, 11-ci və 12-ci mikrorayonun ərazisində ümumilikdə 14 yataqxanada,  13 çoxmənzilli yaşayış binalarında,  rayon İcra Hakimiyyətinin inzibatı binasında, inzibatı ərazi dairələri üzrə nümayəndəliklərin binasında, DSMF Qubadlı rayon şöbəsinin binasında, Rayon Maliyyə şöbəsinin və Məşğulluq Mərkəzinin binasında, Səfərbərlik və Hərbi Çağırışlar üzrə Dövlət Xidməti Qubadlı rayon bölməsinin binasında,  Rayon Polis şöbəsinin, Vergiər İdarəsinin binasında, Rayon Mərkəzi Xəstəxanasının Poliklinika binasında  sanitar-dezinfeksiya işləri həyata keçirildi və həyətyanı sahələr təmizləndi.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonumuzdan olan imkanlı şəxslərin köməkliyi ilə əlavə olaraq 500-ə yaxın aztəminatlı, işsiz ailələrə (ümumilikdə 1450 ailə) ərzaq yardımı edilmişdir.
     Eyni zamanda Qubadlı rayon İcra Hakimiyyətinin və Qubadlı rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə müəyyən edilmiş ərazilərdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə yaradılan mobil qruplar məskunlaşma yerlərində öz işlərini davam etdirirlər.
Şou Biznes