Şahmar İbadov: Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində tədbirlər davam etdirilir



Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində tədbirlər davam etdirilir
Azərbaycan Respublikası Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın göstərişlərinə uyğun olaraq koronavirusa (COVİD-19) qarşı mübarizə tədbirləri Nərimanov rayonu ərazisində də icra olunur.
Genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə birgə rayonun küçələri, səkiləri, ödəmə terminalları və bankomatları, yaşayış binalarının həyətləri, girişləri, pilləkən qəfəsləri, liftlərində xüsusilə intensiv şəkildə dezinfeksiya işləri aparılır.
Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargahın üzvlərindən ibarət qruplar tərəfindən müəyyən edilmiş yaşlı və ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə, tənhalara lazımi yardımların göstərilməsi istiqamətində işlər icra olunur və ərzaq yardımları göstərilir.
Bütün bu tədbirlər, dezinfeksiya və yardımların göstərilməsi gün ərzində həyata keçirilir.
Nərimanov Rayon İcra Hakimiyyəti rayon sakinlərindən karantin rejiminə riayət etmələrini və yaranmış çətinlik və problemlə bağlı 1643 qaynar xəttinə müraciət etmələrini xahiş edir.


Nərimanov rayonunda dezinfeksiya tədbirləri davam edir


ərimanov rayonunda dezinfeksiya tədbirləri davam edir
Ölkə ərazisində koronovirusa (COVİD-19) qarşı aparılan mübarizə Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq epidemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nərimanov rayonunda küçə və prospektlərin səkiləri, binaların həyətləri,  girişləri, pilləkən qəfəsləri, liftləri təsirli kimyəvi vasitələrlə koronovirusla mübarizə məqsədilə genişmiqyaslı dezinfeksiya tədbirləri davam etdirilir.
Proses bütün rayon ərazisində hər gün, gündə bir neçə dəfə olmaq şərti ilə davam etdirilir.
Eyni zamanda Rayon İcra Hakimiyyəti müəyyən olunmuş yaşlı, ehtiyacı olan, tənha vətəndaşlara yardımları davam etdirir. Bu kateqoriyadan olan vətəndaşlara ərzaq yardımları göstərilir və digər problemlərinin həll olunması istiqamətində işlər görülür.



Nərimanov Rayon İcra Hakimiyyəti: evdə qalaq, həmrəy olaq, sağlam olaq!


Nərimanov Rayon İcra Hakimiyyəti: evdə qalaq, həmrəy olaq, sağlam olaq!
Azərbaycan ərazisində koronavirus xəstəliyinin (COVID-19)  yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah tərəfindən verilən göstəriş və tapşırıqlara uyğun olaraq Nərimanov rayonu ərazisində də bu təhlükəli xəstəliyə qarşı mübarizə tədbirləri icra olunur.
Operativ Qərargahın son tövsiyə və göstərişlərinə müvafiq olaraq bu gün də Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun fəal könüllüləri tərəfindən sakinlər arasında aktiv maarifləndirmə-təbliğat işləri aparılır.
Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargahın üzvlərindən ibarət qruplar yaşından asılı olmayaraq vətəndaşları ciddi ehtiyac olmadıqca evdən çıxmamaları ilə, ehtiyac yarandığı təqdirdə çıxmalı olarsa xüsusi qoruyucu vasitələrdən (tibbi maska, əlcək, dezinfeksiyaedici maddə və s.) istifadə etmələrinin vacibliyi barədə məlumatlandırır. Həmçinin Rayon İcra Hakimiyyəti və  Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun  Rayon şöbəsi tərəfindən müəyyən edilmiş yaşlı və ehtiyacı olan, kimsəsiz vətəndaşlara lazımi ərzaq yardımlarının edilməsi, evlərində sosial məişət xidməti göstərilməsi istiqamətində də müvafiq işlər icra olunur.
2 aprel  2020-ci il tarixdə 1000 nəfərdən artıq vətəndaşla maarifləndirici söhbətlər aparılmış, ciddi karantin rejiminə əməl etməyən 100 nəfərdən çox vətəndaşa cərimələr tətbiq edilmişdir. Ara məhəllələr də daxil olmaqla E.İsaqzadə yaşayış massivi, Daş Karxanası küçəsi, X.R.Ulutürk, H.Məmmədov   küçələri və digər 50-yə yaxın prospekt və küçələrdə səkilər, yolkənarı dayanacaqlar, bankomat və ödəmə terminalları, 309 çoxmənzilli yaşayış binalarının girişləri, lift və pilləkən qəfəsləri, 2 ünvanda yeraltı piyada keçidləri, 200 ünvanda məişət tullantılarının toplama meydançası xüsusi məhlullarla dezinfeksiya edilmişdir.
Bütün bu tədbirlər, təbliğat, dezinfeksiya və yardımların göstərilməsi  gün ərzində həyata keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyəti  bir mənalı olaraq sakinlərdən ciddi karantin rejiminə və Operativ Qərargahın göstərişlərinə riayət etmələrini xahiş edir.



Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Şahmar İbadov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı. 

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov 102xeber.com xəbər saytına bildirib ki, son illər rayonda mühüm infrasturktur obyektlərinin inşası vaxtında və uğurla başa çatdırılıb. Çoxsaylı səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri, piyada keçidləri, parklar, yeni inzibati binalar istifadəyə verilib.

Şahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edən, daim dövlətçiliyə xidmət edən, ölkə Prezidenti İlham Əliyevin siyasətinə sadiq olan və dövlət başçısının etimadını qazanan, sadə insanların yanında olmağı bacaran nümunəvi rəhbərdir. 

Şahmar İbadov bildirib ki, Prezident İlham Əliyev 2003-cü ildən 2020-ci ilədək dəfələrlə Nərimanov rayonunda olub, müxtəlif obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edib, əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə, habelə inşası davam edən obyektlərdə işlərin gedişatı ilə maraqlanıb. Biz rayonda olarkən məlumat əldə etdik ki, rayon rəhbəri Abdin Fərzəliyev və onun birinci müavini Şahmar İbadov tərəfindən yerlərdə tez-tez səyyar qəbul və görüşlər keçirilir, insanların küçə və məhəllədaxili yolların təmiri, maddi yardım, dam örtüyünün təmiri, məhəllələrin abadlaşdırılması, işə düzəlmə, kommunal problemlər, təhsil, səhiyyə müəssisələrinin təmiri və tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması və sosialyönümlü məsələlərlə bağlı müraciətlərinə baxılır, problemləri həll edilir. Abdin Fərzəliyev uzun illərdir ki, rayonda yığılıb qalan problemlərin həllinə nail olub. O, qəbuluna gələn bütün insanlarla səmimi görüşlər keçirir, onların şəxsi problemlərinin həllinə köməklik göstərir, eyni zamanda rayonun inkişafı üçün böyük işlər görür.
 

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov vətəndaşlar tərəfindən hər gün icra hakimiyyətinə edilən müraciətləri təhlil edir və icrasına ciddi nəzarət edir. Bu müraciətlər torpaq sahəsinin ayrılması, ev və ya sığınacaqla təminolunma, dövlət əhəmiyyətli binaların tikintisi ilə əlaqədar vətəndaşların başqa mənzillərə köçürülməsi, məhəllələrin abadlaşdırılması, iş yerləri ilə təminolunma, ad və ya soyadların dəyişdirilməsi və kommunal problemlər və digər məsələlərlə bağlı olur. Şahmar İbadov hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşaraq onun həllinə nail olur. Buna görə də yerli sakinlər daim rayon rəhbərliyindən razılıq edirlər. Şahmar İbadovun idarəetmə sahəsindəki bacarığı, uzun illər bu sahədə fəaliyyəti diqqət mərkəzində olub.

Şahmar İbadov öz fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edib - ÖZƏL

Şou Biznes