Azərbaycan Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır — RƏSMİ

  • 23.03.2020, 12:48,
  • Siyasət
  • Baxılıb: 252
Azərbaycan Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır — RƏSMİ


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın Abxaziya bölgəsində 22 mart 2020-ci ildə keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 22 mart 2020-ci ildə Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni, həmçinin, onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir”.
Şou Biznes