Ərdoğan Putindən İdlibin əvəzinə QARABAĞI İSTƏYƏCƏK – Ermənistandan SENSASİYA

  • 02.03.2020, 15:30,
  • Siyasət
  • Baxılıb: 250
Ərdoğan Putindən İdlibin əvəzinə QARABAĞI İSTƏYƏCƏK – Ermənistandan SENSASİYA


İdlibdə baş verən proseslərin son nəticəsi Dağlıq Qarabağda yekunlaşa bilər.
Bu iddia ilə “Lragir” saytı çıxış edib.
Sayt yazır ki, Türkiyə İdlibdə Rusiya ilə razılışsa, əvəzində isə Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını təmin edə bilər.
“Hətta analitiklər Ankara və Moskvanın İdlibdəki təhlükəsizlik zonaları razılaşmasının Qarabağda da həyata keçirilə biləcəyini istisna etmirlər. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirdi ki, Rusiya arzulayarsa, Qarabağ problemini birgə həll edə bilərlər. Faktiki olaraq, bu, Əliyevin Münhendə səsləndirdiyi “mərhələli həll” variantı, yəni rusların təklif etdiyi “Lavrov planı”dır. Ərdoğan Bakıda olarkən Qarabağ problemindən də danışdı. Türkiyə və Azərbaycan prezidentləri görüşdə bir sıra iqtisadi, rabitə və hərbi müqavilələr imzaladı. Bu razılaşmaların bir hissəsi də Naxçıvanla bağlıdır”, – sayt yazır.
Məqalədə erməni ekspert Ayk Qabrielyanın ötən həftə səsləndirdiyi fikirlər xatırlanır.
Qabrielyan hesab edir ki, Ərdoğan Putini Qarabağın Azərbaycana qaytarılması fikrinə inandırıb.
Sayt iddia edir ki, Türkiyə İdlibdə razılaşma əldə etmək istəyir: “İstisna deyil ki, Ankara İdlibdə Rusiya ilə razılaşmağın əvəzində Moskvadan Qarabağın Azərbaycana qaytarılmasını istəyə bilər. (publika.az)
Şou Biznes