Ərdoğanla Putin razılaşır, Qarabağa qoşun yeridilir və ərazilər… – Ermənistandan SENSASİYA

Ərdoğanla Putin razılaşır, Qarabağa qoşun yeridilir və ərazilər… – Ermənistandan SENSASİYA


“Türkiyə Suriyada olduğu kimi Cənubi Qafqaza da diqqəti artıracaq. Bu siyasətini xüsusilə Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək həyata keçirəcək”.

Bu iddia ilə erməni ekspert Ayk Qabrielyan çıxış edib.

Qabrielyan hesab edir ki, Türkiyə bu məsələlərdə Rusiya ilə danışıqlar aparmağın lazım olduğunu bilir: “Buna görə də Rusiyanı öz planlarına daxil etmək istiqamətində sistematik olaraq işləyir. Mən Ərdoğan və Çavuşoğlunun bəyanatlarını nəzərdə tuturam. Onlarda qeyd edilir ki, Moskvanın istəyindən asılı olaraq, Qarabağ münaqişəsi həll edilə bilər. Cənubi Qafqazda Rusiya və Türkiyənin əməkdaşlıq ssenariləri müxtəlifdir: münaqişə ocağını alovlayıb, ərazilərin Azərbaycana qaytarılmasını təmin edə və bölgəyə birgə sülhməramlı qüvvələr yerləşdirə bilərlər. Ərdoğan və Putin bu ssenarini həyata keçirmək üçün tələsirlər. Çünki onların hakimiyyətdən getməsindən sonra Türkiyə və Rusiya münasibətlərinin necə olacağı dəqiq deyil”.

Erməni ekspert qeyd edir ki, İrəvan Cənubi Qafqazda Rusiya və Türkiyənin “Astana prosesi”ni yaratmasına hazır olmalıdır: “Bu Minsk qrupu formatına zidd olacaq və onlar göstərəcəklər ki, Suriyada olduğu kimi müxtəlif regionlarda münaqişələri yalnız region ölkələri həll edə bilər”. (publika.az)
Şou Biznes