Koronavirusa qarşı vaksinin sınaqdan keçiriləcəyi tarix açıqlandı
- 21.02.2020, 09:49,
- Dünya
- Baxılıb: 415
Facebook
Вконтакте
Одноклассники
Google+
Çində yeni növ koronavirusa qarşı vaksinin kliniki sınaqları ən tez aprel ayının sonunda həyata keçiriləcək.
Bunu Çinin Elm və Texnologiya nazirinin müavini Süy Nanpin bəyan edib.
Onun sözlərinə görə, hal-hazırda Çində vaksinin hazırlanması digər dövlətlərlə sinxron şəkildə həyata keçirilir.
Qeyd edək ki, fevralın 20-i Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa qarşı preparatların sınağının nəticəsini üç həftə ərzində əldə etmək niyyətindədir.