İkram Vəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

  • 14.04.2020, 08:30,
  • Gündəm
  • Baxılıb: 730


Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə qərargah üzvlərinin növbəti iclası keçirildi



Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır.
13 aprel 2020-ci il tarixdə Göyçay rayonunda koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə keçirilən iclasda bildirildi ki, rayon icra hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşlarından, könüllülərdən təşkil olunan mobil qrupların fəaliyyəti daha da gücləndirilib.
Rayonun bütün yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı mütəmadi dezinfeksiya işləri aparılır, virusdan müdafiə olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar ailələrə çatdırılır, səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqda çölə çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri və evda qalmaları izah edilir.
Göyçay rayonunda koronavirus pandemiyasının yayılma təhlükəsi ilə əlaqədar tətbiq olunan gücləndirilmiş karantin rejimi günlərində təşkil olunan “Biz birlikdə güclüyük” xeyriyyə aksiyasından xeyli sakin yararlanmış, həmçinin həyata keçirilən tədbirlər çərçivəsində xüsusi diqqət və qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiyalar keçirilmişdir.
Xüsusi qərargahın iclasında rayon ərazisində aparılan dezinfeksiya işlərinin artırılması, inzibati məsuliyyət tədbirlərinin gücləndirilməsi, səhiyyə xidmətinin daha da yaxşılaşdırılması, eyni zamanda ölkə Prezidentinin haqqı ödənilən ictimai işlərin təşkili üçün qeyri-məşğul əhalinin cəlb olunması ilə bağlı göstərişlərin icra olunmasının vacibliyi bir daha vurğulanaraq aidiyyəti üzrə tapşırıqlar verildi. 


Göyçayda tənha ahıl şəxslərə yardımlar davam edir



Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində Göyçay rayonunda da tənha ahıl insanlara yardım göstərilir.
Tətbiq edilən xüsusi karantin rejimi dövründə 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, insanların yaxın təmaslarını azaltmaq üçün hərəkət məhdudiyyətləri müəyyən olunub.
Bu məqsədlə Karantin günlərində rayonunun Cəyirli, Kürdəmiş, Qubadlı Şıxlı və Türkmən kəndlərində 15 şəxsə ərzaq yardımı göstərilib. Belə sosial aksiyalar davam etdiriləcək.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Göyçay rayonunda aztəminatlı ailələrə yardımların verilməsi davam edir



Koronavirus (COVİD-19) infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxmaları qadağan olunan ahıl insanların sosial təcridinin gücləndirilməsi, bu yaş qrupuna aid sakinlərin virusa yoluxmadan mühafizəsini təşkil etmək məqsədilə yaşı 65-dən yuxarı olan tənha, kimsəsiz, şəhid, əlil və aztəminatlı ailələrə zəruri yardımlar göstərilir.
09 aprel 2020-ci il tarixdə rayon icra hakimiyyəti, yerli sahibkarlar və rayonun fəal qadınları tərəfindən  700-dən çox ailəyə və yaşı 65-dən yuxarı olan tənha, kimsəsiz şəxslərə ərzaq yardımı və gigiyenik vasitələr paylanılıb.
Həmçinin rayon İcra Hakimiyyətinin gənc könüllüləri tənha yaşayan ahılların ev işlərinə köməklik göstərir, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrini və özünütəcrid tədbirlərinə uyğun davranmalarını tövsiyə edirlər.
Bu istiqamətdə işlər davam etdirilir.


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyevdir.

Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyev və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İkram Vəliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. İkram Vəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İkram Vəliyevdən danışdılar yaxşı ki, İkram Vəliyev Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini təyin olunub…İkram Vəliyev öz isguzarlığı ilə tanınır və seçilir….

İkram Vəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə İkram Vəliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

İkram Vəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İkram Vəliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İkram Vəliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən İkram Vəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İkram Vəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İkram Vəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İkram Vəliyev özünü doğruldub. Bizdə hörmətli İkram Vəliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
İkram Vəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
  • Нравится
  • 0
  • Wesszr
  • 28-11-2022, 03:15
  • : 03:15
buy levofloxacin pills buy levofloxacin sale
действия
Şou Biznes