Türkiyəli bloger Ruhi Çenet Ermənistandan maraqlı reportaj hazırlayıb.
Baku.ws xəbər verir ki, İrəvana səfər edən türk bloger əhali arasında Xocalı soyqırımı ilə bağlı sorğu keçirib.
Azərbaycanlılara və türklərə nifrət etdiyini söyləyən ermənilər Xocalı soyqırımında özlərini müdafiə etməyə cəhd göstəriblər.
İşğalçı ölkədə iqtisadi və sosial vəziyyətin acınacaqlı olduğunu görmək mümkündür.
Ruhi Çenet əhalisinin 53%-i qadınlardan ibarət olan Ermənistanda kişilərin böyük əksəriyyətinin ölkə xaricində çalışdığını vurğulayıb. Məhz bu səbəbdən Ermənistan "qadınlar ölkəsi" olaraq adlandırılır.