Füzuli rayonu beləcə inkişaf edir, əhalinin yaşam tərzi daha da yaxşılaşır - ÖZƏL











RİH başçısı tərəfindən ehtiyacı olan ailələrə ərzaq yardımı edilir


Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşların siyahısı hazırlanıb, onlara vaxtaşırı olaraq ərzaq yardımı verilir və digər köməklik göstərilir. Həftə sonu Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 1,3,4 saylı Qayıdış qəsəbələrində olub, həmin yaşayış məntəqələrində yaşayan yaşı 65-dən yuxarı olan şəxslərə, o cümlədən imtiyazlı və aztəminatlı ailələrə baş çəkərək onlara ərzaq bağlamaları və tibbi ləvazimatlar çatdırıb. RİH başçısı  insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün evdə qalmalarını tövsiyyə edib. Koronovirus epidemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşlarından   və  yerli könüllülərdən təşkil olunan mobil qrupların fəaliyyəti daha da gücləndirilib. Rayonun bütün yaşayış məntəqələrində koronovirus infeksiyasına qarşı mütəmadi dezinfeksiya işləri aparılır, virusdan müdafiə olunmaq qaydalarını özündə əks etdirən xüsusi elanlar ailələrə çatdırılır, xüsusi səs gücləndiricilər vasitəsilə insanlara zərurət olmadıqca çölə çıxmamaları, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri  izah edilir.

RİH başçısı tərəfindən yaşı 65-dən çox olan və tənha yaşayan rayon sakinlərinə ərzaq yardımı edilmişdir



Füzuli  Rayon İcra Hakimiyyətinin başçısı yaşı 65-dən çox olan və tənha yaşayan rayon sakinlərinin evlərinə baş çəkərək onların əhvalları ilə maraqlanıb, ərzaq yardımı ilə köməklik göstərmişdir. Növbəti günlərdə  də bu yardımların davam etdirilməsi nəzərdə tutulmuşdur.

Rayon ərazisində sanitar-dezinfeksiya tədbirləri davam etdirilir



Vəziyyəti nəzarətdə saxlamaq və operativ tədbirlər həyata keçirmək məqsədilə rayon qərargahı yaradılıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələri rayon ərazisində  həyata keçirilir.
Rayonun işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən bütün təhsil, mədəniyyət və tibb müəsisələri binalarının, inzibati binaların , yaşayış binalarının, yolların, küçələrin xüsusi məhlullar vastəsilə dezinfeksiyası davam etdirilir. Operativ Qəqargahın sərəncam və tövsiyələrinə uyğun olaraq rayon ərazisində ərzaq mağazaları və apteklər istisna olmala bütün ictimai- iaişə obyektlərində iş rejimi saat 12.00 – dan 15.00 –dək müəyyən edilib.
Əhali arasında maarifləndirmə işləri davam etdilir.Gündəlik olaraq səsgücləndiricilər vastəsilə əhaliyə  təlimatlar çatdırılır, karantin qaydalarına ciddi əməl etməyə çağırışlar edilir.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdir. 

Alı Alıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Füzuli rayon İcra Hakimiyyətinin başçısı kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Alı Alıyev özünü doğruldub. Bizdə hörmətli Alı Alıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik
.
Şou Biznes