Beyləqan rayon icra hakimiyyəti yerli sakinlərlə yanaşı məcburi köçkün ailələrinə də yardım edib
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Beyləqan rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə qayda olaraq yardımlarını davam etdirir.
Beyləqan rayon icra hakimiyyətinin əməkdaşları yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı və imtiyazlı 250 ailə ilə yanaşı, ərazidə məskunlaşıb yaşayan məcburi köçkün statuslu imkansız ailələrə də baş çəkərək onlara ərzaq yardımı edib. Eləcə də vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib, onların belə bir şəraitdə evlərində çölə çıxmamaları tövsiyə edilib. Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları həmçinin, vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar
.
Beyləqan rayon İcra hakimiyyəti tərəfindən tənha yaşayan ahıllara və aztəminatlı ailələrə ərzaq yardımı davam etdirilir
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Beyləqan rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı və sosial izolyasiya tədbirləri davam etdirilir.Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, eləcə də aztəminatlı ailələrə yardım aksiyası davam etdirilir. Rayon icra hakimiyyətinin əməkdaşları yaşı 65-dən yuxarı olan, həmçinin aztəminatlı və imtiyazlı 250 ailəyə baş çəkərək onlara ərzaq bağlamaları paylayıblar. Aksiya zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə məlumat verilib.Bu nəcib təşəbbüsü razılıqla qarşılayan insanlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Beyləqan Rayon İcra Hakimiyyətinin əməkdaşları, həmçinin vətəndaşlarla yerlərdə maarifləndirici söhbətlər aparır, xüsusi karantin rejiminin qaydalarına riayət etmələrinin onların özlərinin və yaxınlarının sağlamlığı üçün vacibliyini diqqətə çatdırırlar.
.
Dünyanın əksər ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Beyləqan rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir və rayondakı ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Beyləqan rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.