Kəmaləddin Qafarov Xutorda seçicilərlə görüşdü - Foto
- 03.02.2020, 10:18,
- Siyasət
- Baxılıb: 471
Facebook
Вконтакте
Одноклассники
Google+
9 saylı Binəqədi ikinci seçki dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kəmaləddin Qafarovun rayon seçiciləri ilə görüşləri davam edir.
Namizədliyi Yeni Azərbaycan Partiyasından irəli sürülmiş K.Qafarov fevralın 1-də Xutor qəsəbəsində bir neçə ailənin nümayəndələri ilə görüşüb.
Sakinlər yaşadıqları ərazinin problemləri ilə bağlı K.Qafarovla fikir ətraflı mübadiləsi ediblər. Deputatlığa namizəd çatışmazlıqların aradan qaldırılması üçün müvafiq strukturlar qarşısında məsələ qaldıracağına və onların həllinə nail olacağına inam ifadə edib.
Görüşdə çıxış edən sakinlər dövlətin reallaşdırdığı islahatları ürəkdən dəstəklədiklərini bəyan edib və fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildiriblər.