Kamaləddin Qafarovun M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə görüşləri davam edir – FOTO

  • 06.02.2020, 16:09,
  • Siyasət
  • Baxılıb: 544


9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarovun rayon seçiciləri ilə görüşləri davam edir. 
K.Qafarov fevralın 5-də Yeni Azərbaycan Partiyası  Binəqədi Rayon Təşkilatının iclas salonunda M.Ə.Rəsulzadə qəsəbəsinin Xutor yaşayış sahəsinin  nümayəndələri ilə görüşmüşdür.
Kamaləddin Qafarov görüş iştirakçılarına son dövrdə ölkəmizdə baş verən mühüm ictimai-siyasi proseslər haqqında geniş məlumat vermişdir. O, bu il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda söylədiyi dərin məzmunlu çıxışını  perspektiv  proqram sənədi kimi dəyərləndirmişdir.
Sakinlər yaşadıqları ərazinin problemləri ilə bağlı təklif və rəylərini bildirmiş, K.Qafarovla ətraflı fikir  mübadiləsi etmişlər. Deputatlığa namizəd çatışmazlıqların aradan qaldırılması üçün müvafiq strukturlar qarşısında məsələ  qaldıracağına və onların həllinə nail olacağına ümid etdiyini bildirmişdir.
Görüşdə çıxış edən sakinlər dövlətimizin müxtəlif sahələrdə həyata keçirdiyi  islahatları ürəkdən dəstəklədiklərini bəyan etmiş və fevralın 9-da seçki məntəqələrinə  gedərək  ən layiqli  namizədə səs verəcəklərini bildirmişlər.
Şou Biznes