Nəbi İskəndərov: Ölkəmiz ədalətli sülhün tərəfdarıdır

  • 15.11.2022, 11:00,
  • Siyasət
  • Baxılıb: 317
Nəbi İskəndərov: Ölkəmiz ədalətli sülhün tərəfdarıdır


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov - Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə  Prezident İlham Əliyev öz çıxışında ordumuzun Vətən müharibəsindəki möhtəşəm Zəfərindən geniş bəhs etdi. Ölkə başçısı bildirdi ki, alınmaz qala sayılan Şuşanı erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı və bu şanlı tarix əbədi olacaq. Xalqımız, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. 
Müharibənin ilk günündən Azərbaycan Ordusu irəli gedir, bir addım da olsa geri çəkilmirdi. Azərbaycan Ordusunun məqsədi Şuşanı işğaldan azad etmək idi və ordumuz öz məqsədinə nail oldu. Şuşanın işğaldan azad edilməsi düşmənin belini qırdı. Ermənistan kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı. Çünki orudusu tamamilə məhv edilmiş, 10 mindən çox fərarisi olmuşdur.
Prezident İlham Əliyev öz çıxışında vurğuladı ki, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatla Ermənistan öz üzərinə bir çox öhdəliklər götürüb və götürdüyü bütün öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Baxmayaraq ki, Bəyanatın imzalanmasından iki il ötür, Ermənistan bütün öhdəlikləri tam formada yerinə yetirmir və hər cəhdlə yerinə yetirməkdən yayınmağa çalışır. Belə ki, Ermənistan öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizi ilə bağlı məsələdən boyun qaçırır, ölkəmizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir.
Ölkə başçısı Ermənistana xəbərdarlıq etdi ki, İkinci Qarabağ müharibəsinin dərsləri bu ölkə tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Odur ki, Üçtərəfli Bəyanatın şərtlərinə tam qaydada əməl edilməlidir. Həmçinin Zəngəzur dəhlizi ilə bağlı məsələ də öz həllini tapmalıdır, bir halda ki, bu Ermənistanın üzərinə götürdüyü mühüm öhdəliklərdən biridir. Ermənistan öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. Baxmayaraq ki, iki il keçib Ermənistan tərəfi bu məsələ ilə bağlı heç bir addım atmayıb. 
Ermənistan münasibətləri normallaşdırmaq əvəzinə təxribatlara cəhd edir. 13-14 sentyabr hadisələri elə-belə baş vermədi. Təbii ki, Ermənistan ölkəmizə qarşı növbəti hərbi təxribat törətmişdir. Lakin Azərbaycanın  cavabı da çox təsirli oldu. Ümumiyyətlə, isətənilən təxribat cəhdi Ermənistan üçün ağır nəticələnəcək. Belə ki, 13-14 sentyabr hadisələrində Azərbaycan Ordusu Ermənistana növbəti dəfə ağır dərs verərək Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə yerləşib. Ermənistandan fərqli olaraq Azərbaycan müharibə istəmir və hərbi əməliyyatlarda maraqlı deyil. Ölkəmiz ədalətli sülhün tərəfdarıdır. Bunu son iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük miqyaslı titkinti-quruculuq işləri də sübut edir. İşğaldan azad edilmiş bütün ərazilərimiz müasir standratlar əsasında tamamilə yenidən qurulacaqdır. Təbii ki, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün ordusunu da gücləndirir və gücləndirəcəkdir. Prezident İlham Əliyev Şuşada öz çıxışında onu da vurğuladı ki, erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Ermənistan yeni reallıqları qəbul etməli və Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq irəli sürdüyü şərtlərlə razılaşmalı, sülh müqaviləsini imzalamalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə sülh müqaviləsi imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Ölkə başçısı vurğuladı ki, Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Arıtq Azərbaycan təkcə ərazi bütövlüyünü deyil, həmçinin milli qürurunu bərpa edib. 
  • Нравится
  • 0
  • Xywzgt
  • 28-11-2022, 07:52
  • : 07:52
levaquin oral levaquin pills
действия
Şou Biznes