Şamaxı şəhərinin 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsi münasibətilə tədbir keçirilmişdir
- 26.05.2022, 19:25,
- Siyasət / Cəmiyyət / Gündəm
- Baxılıb: 310
Facebook
Вконтакте
Одноклассники
Google+
Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilmişdir. Bu əlamətdar hadisə ilə bağlı 25 may 2022-ci il tarixində turizm potensialının inkişafı və qarşıda duran vəzifələr barədə rayon mədəniyyət mərkəzində idarə, müəssisə və təşkilat rəhbərlərinin, turizm sektorunda çalışan sahibkarların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilmişdir.
Tədbirdə giriş sözü ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov mühüm hadisə ilə bağlı rayon sakinlərini təbrik edərək bu istiqamətdə qarşıda duran vəzifələrdən geniş söhbət açdı. Natiq çıxışında son illər ölkə başçısının diqqət və qayğısı nəticəsində rayonda aparılan abadlıq-quruculuq işlərindən, həmçinin tarixi mədəniyyət abidələrinin əsaslı təmiri və yenidən qurulması nəticəsində rayon iqtisadiyyatının, mədəniyyətinin, turizm potensialının və digər sahələrinin inkişaf etdiyini bildirdi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xalq artisti İlham Namiq Kamal tədbir iştirakçılarını bu möhtəşəm hadisə münasibətilə təbrik edərək, turizm paytaxtına çeviriləcək Şamaxının inkişafında hər bir rayon sakininin töhvə verəcəyinə əminliyini vurğuladı.
Digər çıxış edənlər- mədəniyyət işçisi Rəfail Tağızada, sahibkar Rüstəm İsgəndərov və gənc fəal Qubat Qubadov bu önəmli hadisənin qədimliyini qoruyub saxlayan, zəngin tarixi keçmişini yaşadan, müasirliyə qucaq açan Şamaxı şəhərinin dirçəldilməsinə böyük təsir göstərəcəyini və inkişafına daha geniş üfüqlər açacaqını bildirdilər. Tədbirdə Şamaxının turizm potensialını özündə əks etdirən videoçarx nümayiş olundu.
Sonda rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
Vüqar Əsədov