Prezidentin köməkçisi: "Ermənistanın hərbi doktrinasının aqressiv olduğu bir daha sübut olundu"

  • 07.10.2020, 10:07,
  • Siyasət
  • Baxılıb: 284
Prezidentin köməkçisi: "Ermənistanın hərbi doktrinasının aqressiv olduğu bir daha sübut olundu"


“Təmas xəttində vəziyyət gərginləşməmişdən əvvəl Ermənistan açıq şəkildə Azərbaycanın əsas enerji infrastrukturunu - Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Ermənistanın son raket hücumları Ermənistanın hərbi doktrinasının bu qədər aqressiv olduğunu bir daha sübut edib”, o vurğulayıb. 


Şou Biznes