Azərbaycanda “sükut günü”dür
- 08.02.2020, 13:05,
- Siyasət
- Baxılıb: 461
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün saat 08:00-dan etibarən Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası başa çatıb.
Seçki Məcəlləsinin 75-ci maddəsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.
Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılır.
Xatırladaq ki, deputatlığa namizədlərin təşviqatına yanvarın 17-də start verilib.
Qeyd edək ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.