Ayaz Mütəllibov Ramiz Mehdiyevi müdafiə etdi
- 10.07.2020, 10:55,
- Siyasət
- Baxılıb: 202
Facebook
Вконтакте
Одноклассники
Google+
Son günlər ölkə mətbuatında, sosial şəbəkələrdə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda isə AMEA-nın prezidenti vəzifəsində çalışan akademik Ramiz Mehdiyevin ünvanına kəskin ittihamlar səngimir.
Hələ sovet dövründən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin fəallarından biri olan R. Mehdiyevin siyasi fəaliyyəti, şəxsiyyəti barədə məlumatlı olan respublikamızın 1-ci Prezidenti Ayaz Mütəllibov Moderator.az-a açıqlamasında müstəqil dövlət aparatında ən mühum vəzifələrdən birini tutmuş şəxs haqda mənfi fikirlər səslənməsindən təəssüf hissi keçirdiyini ifadə edib.
“Təbii ki, ölkəmiz, dövlətimiz üçün ürəkaçan hal deyil. Öncə onu deyim ki, Ramiz Mehdiyev Heydər Əliyevə də, İlham Əliyevə də, eləcə də xalqa minnətdar olmalıdır ki, uzun illər bu cür bir yüksək vəzifədə çalışıb. Təxminən 25 il ərzində, iki Prezident dövründə dövlətdə ən yüksək etimada malik vəzifələrdən birini tutmuş R. Mehdiyevin siyasi fəaliyyəti haqqında bu gün xoşagəlməz fikirlər səsləndirilməsi gözlənilməz və çox təəssüfləndiricidir. Halbuki, o, fəaliyyəti və əməlləri ilə özünün iddia etdiyi kimi, sədaqətlə xidmət etdiyi hakimiyyətdəki digər vəzifə sahibləri üçün də nümunə olmalı, xalq və dövlət naminə sidqi-ürəkdən çalışmalı idi. Amma Ramiz Mehdiyev tərəfindən belə yüksək etimadın doğrulmamasından bəhs edən bu cür ictimai motivasiya çox təəssüf doğurur. Çünki söhbət yalnız hakimiyyətin nüfuzundan deyil, bütövlükdə dövlətin nüfuzundan gedir…” – deyə sabiq dövlət başçısı bildirib. /Modern.az /