Maska, Spirt Bakıda YOXA ÇIXDI - Ağzınızı Bağlayın!
- 02.04.2020, 15:33,
- Gündəm / Səhiyyə
- Baxılıb: 473
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda ötən həftələrdə vətəndaşlar tərəfindən koronavirus bir o qədər də ciddiyə alınmasa da, hazırda Bakı küçələrində gəzən çoxsaylı insanların qoruyucu maskadan istifadə etdiyini müşahidə etmək olur. Artıq sosial şəbəkələrdə maska, spirtlə bağlı ajiotaj da səngiyib. 102xeber.com-un əməkdaşı olaraq Bakıda ən əsası da Memar Əcəmi ərazisində yerləşən bir neçə aptekdə olub, spirt və maskanın maneəsiz satılıb-satılmadığı ilə maraqlandıq. Öyrəndik ki, insanların daha sıx olduqları ərazilərdə yerləşən apteklərdə spirt və maska YOXDUR.
Ümumilikdə Bakıda insanlarda artıq maska ilə bağlı ajiotaj xeyli səngiyib. Özlərinin sözlərinə görə, bu, həm maska tapa bilməməkdən, həm də maskanın faydasının olduğunu düşünməməkdən irəli gəlir. Ona görə də insanlar evdə oturmağı, qələbəlik yerlərdən uzaq durmağı üstün tuturlar.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan qorunmaq üçün tibbi maskalardan istifadə qaydalarını açıqlayıb. Bildirilib ki, əgər sağlamsınızsa, sadəcə koronavirusa yoluxma şübhəsi olan insanın qayğısına qalarkən maskadan istifadə etməlisiniz. Bundan başqa, öskürür və ya asqırırsınızsa, maska taxın. Qeyd edilib ki, maska taxmaq yalnızca əllərinizi spirt əsaslı məhlulla təmizləyir və ya sabun və su ilə yuyursunuzsa, effektivdir. Həmçinin bildirilib ki, əgər maska taxırsınızsa, ondan necə istifadə etməyi və zibil qabına necə atmağı bilməlisiniz.