Son günlər ən çox müzakirə edilən mövzulardan biri də apteklərdə maskanın baha satılması və ya ümumiyyətlə tapılmamasıdır. Ölkə başçısı ötən gün Goranboy rayonunda çıxışı zamanı ölkəmizdə tibbi maska ehtiyyatının kifayət qədər olduğunu, suniqıtlığının isəbəzi möhtəkirlər tərəfindən yaradıldığını və bunu edənlərin də ən sərt formada cəzalandırılacağını bildirdi. Paytaxtdakı apteklərdə tibbi maska ilə bağlı sorğu keçirilib və məlum olub ki, əksər apteklərdə maska satılmır. Aptekləri dərmanla təmin edən şirkətlər isə apteklərə hər gün maska verildiyini bildirir.
Xəzər Xəbər" xəbər verir ki, koronavirusla mübarizə çərçivəsində hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tibbi maskanın xəstə şəxslər və həkimlər tərəfindən istifadəsi tövsiyyə edilsə də suni şəkildə yaradılan ajiotajdan sonra apteklərdə maska tapılmadı və ya qiyməti bir neçə dəfə artdı. Çox təəssüfki hələ də bir çox apteklərdə maska tapılmır.
Paytaxt sakinlərinin sözlərinə görə, hazırda maska tapmaq üçün gərək bir neçə aptekə girəsən.
Sorğumuz göstərdi ki, paytaxtdakı cəmi bir neçə aptekdə tibbi maska tapmaq olur, həm də ucuz qiymətə.
Aptekləri dərmanlarla təmin edən böyük şirkətlərdən birinin direktoru Əzizə Baxşıyevanın XəzərXəbər-ə verdiyi məlumata görə, hazırda anbarlarında kifayət qədər tibbi maska var. Onların nəzarətində olan apteklərə gündəlik təlbata uyğun 1-3 qutu maska verilir. Üstəlik maskanın 20 qəpikdən baha olmadan satılması tələbi qoyulub. Buna baxamayarq tövsiyyə edilib ki, maska limitlə satılsın. Çünki ölkədə maskadan istifadə edənlərin sayı az olduğu halda bəzi apteklərdə əssasız şəkildə maska həddindən artıq tez bitir. Bu isə onu göstərir ki, hələ də vəziyyətdən sui istifadə edənlər var.