Nəsimi rayonunda karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər davam etdirilir



Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və Nəsimi rayon İcra Hakimiyyəti başçının 1-ci müavini Gülarə xanım Verdiyevanın göstərişləri və özlərinin də iştirakları sayəsində Koronavirus epidemiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə  respublikamızın  hər bir yerində olduğu kimi Nəsimi rayonunda da   bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir və rayondakı ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. 
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Nəsimi  rayonunda  xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması  istiqamətində zəruri tədbirlər  görülür.
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədi ilə məhəllə və küçələrdə təbliğat işlərinin aparılması üçün rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq barədə tövsiyələr edilir.




































Şou Biznes