İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür — DƏHŞƏTLİ STATİSTİKA

  • 19.03.2020, 14:44,
  • Dünya
  • Baxılıb: 386
İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür — DƏHŞƏTLİ STATİSTİKA


İranda bir saat ərzində 50 nəfər koronavirusa yoluxur.
 “Anadolu” agentliyi  xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur “Twitter” hesabında paylaşıb:

“İranda hər 10 dəqiqədə bir nəfər koronavirusdan ölür. Bir saatda təxminən 50 insan koronavirusa yoluxur”.

Cihanpur, vatandaşları Novruz bayramı günlərində  səfər çıxamamalarını və bir-birini ziyarət  etməmək barədə xəbərdarlıq edib.
Tehranda qadın həkim Şirin Ruhanipurd koronavirusdan dünyasını dəyişib.  İranda koronavirusun yayıldığı gündən bəri  virusa yoluxmadan 10 həkim və 4 tibb işçisi dünyasını dəyişib . İndiyədək İranda 1135 nəfər koronavirusdan dünyasını dəyişib.

Xatırladaq ki, İranda koronavirus fevralın 19-da Qum şəhərində aşkar edilib və oradan bütün ölkə ərazisinə yayılıb.
Şou Biznes