Çin hökumətindən sərt açıqlama – Koronavirusu BU ÖLKƏ YAYIB
		
			- 13.03.2020, 10:33, 
 
			- Dünya
 
			- Baxılıb: 431
 
			
			
		
		
			Facebook
			
			Вконтакте
			Одноклассники
			Google+
		 
		
		
	 
	
	
		“Koronavirusu Çinin Uhan şəhərində ABŞ ordusunun yaydığı istisna deyil. Şəffaf olun. Məlumatlarınızı ictimaiyyətə açıqlayın. ABŞ bizə açıqlama vermək məcburiyyətindədir”.
 Çin XİN-in mətbuat katibi Kao Lusien sosial media hesabında belə yazıb. O, hələ bir neçə ay əvvəl ABŞ-dan olan həkim Robert Redfieldin bəzi amerikalıların “Kovid-19”virusundan öldüyü barədə açıqlamasını xatrıladıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın koronavirusu “Uhan virusu” adlandırması Çinin etirazına səbəb olub. Rəsmi Pekin bəyan edib ki, virusun ilk olaraq Uhan şəhərində meydana çıxması onun mənbəyinin Çin olduğu anlamına gəlmir.   /Medicina/