Əfqanıstanda güclü zəlzələ - 250 ölü, 500 yaralı
- 01.09.2025, 09:47,
- Dünya
- Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Əfqanıstanda zəlzələ nəticəsində azı 250 nəfər ölüb, 500-dən çox insan yaralanıb.
Bu barədə NBC telekanalı məlumat yayıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla bazar ertəsi gecə Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən təxminən 20 km məsafədə 6 maqnitudada baş verib. Zəlzələ ocağı təxminən 8 km dərinlikdə yerləşib.
"Biz genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı zərər çəkmiş ərazilərin sakinlərinə kömək etmək üçün səfərbər etmişik", - ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman deyib.
Onun sözlərinə görə, zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün "insan itkiləri və infrastruktura dəyən ziyanla bağlı dəqiq məlumat almaq vaxt aparacaq".(Report)