Ötən gün Çində koronavirusdan neçə nəfər ölüb?
- 03.03.2020, 10:05,
- Dünya
- Baxılıb: 366
Facebook
Вконтакте
Одноклассники
Google+
Çində koronavirus infeksiyasının yayılma hallarının sayı azalmaqdadır. Bunu ölkənin dövlət səhiyyə komitəsinin məlumatları sübut edir.
Statistikaya görə, gün ərzində ölkədə 125 nəfər virusa yoluxub, 2742 nəfər sağalıb , 31 nəfər isə koronavirusdan vəfat edib. Bu rəqəmlər əvvəlki günlərə nisbətən xeyli azalıb.
COVID-19 hallarının azalması bir neçə gündür ki, müşahidə olunur.
Belə ki, martın 1-də ölkədə 206 virus infeksiyası qeydə alınıb.
Ancaq dünyanın digər ölkələrində, epidemiyanın inkişaf tempi hələki azalmayıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Çindən kənarda, yoluxmuş insanların sayında artım Çinə nisbətən 9 dəfə çoxdur.