Türkiyə ordusu 33 şəhid verdi - Yenilənib

  • 28.02.2020, 09:00,
  • Dünya
  • Baxılıb: 436
Türkiyə ordusu 33 şəhid verdi - Yenilənib


Suriyanın İdlib şəhərində Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində Türkiyənin 9 əsgəri şəhid olub. Bu barədə Hatay valisi Rahmi Doğan açıqlama yayıb.

Onun sözlərinə görə, xeyli sayda ağır yaralılar var. Yaralılar Cilvegözü sərhəd qapısından Türkiyəyə gətirilib və xəstəxanalara yerləşdiriliblər: 

"Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Millətimizin başı sağ olsun. İctimaiyyəti məlumatlandırmağa davam edəcəyik.

Xəstəxanalarda bütün tədbirlər görülüb, tibbi heyətin hamısı iş başındadır. İnsanların xəstəxanaların ətrafına toplaşmamasını xahiş edirəm”.

***

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin şəhid sayı artıb. Hatay valisi Rahmi Doğan "Anadolu Agentliyi"nə 22 türk əsgərinin şəhid olduğunu açıqlayıb.

**

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin şəhid sayı 29 nəfərə çatıb. Bunu Hatay valisi Rahmi Doğan açıqlayıb. 

Onun sözlərinə görə, yaralanan 36 hərbçinin müalicəsi davam edir. 

**

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin şəhid sayı növbəti dəfə artıb. Hatay valisi Rahmi Doğan indiyədək 33 türk əsgərinin şəhid olduğunu açıqlayıb.
Şou Biznes