SON DƏQİQƏ: Türk və rus ordusu arasında dəhşətli toqquşma baş verdi – Şiddətli döyüşlər gedir

SON DƏQİQƏ: Türk və rus ordusu arasında dəhşətli toqquşma baş verdi – Şiddətli döyüşlər gedir


İdlibdə ilk dəfə Türkiyə və Rusiya ordusu üz-üzə gəlib.

Rusiya mediası rus hərbi birləşmələrinin Türkiyə bombardmançılarına hücum etdiyini yazır.

Bununla yanaşı, Rusiya xüsusi təyinatlı qüvvələrinin Əsəd birləşmələrinin tərkibində Türkiyə ordusuna qarşı döyüşdüyü deyilir.

Suriyanın İdlib bölgəsində ilk dəfə olaraq, Rusiya və Türkiyə Silahlı Qüvvələri arasında hərbi toqquşma baş verib.

Döyüşlər dünən Neyrab kəndi uğrunda baş verib. Türkiyə ordusu Neyrab kəndinin ətrafını ildırımsürətli əməliyyatla ələ keçirib. Əsəd ordusu geri çəkilməyə məcbur qalıb. Məlumata görə, Xmeymim hərbi hava bazasından qalxan Rusiyaya məxsus Su-24 təyyarələri türk hərbiçilərinin mövqelərini bombalayıb.

Media məlumatı yerli mənbələrə istinadən yayımlasa da, rəsmi olaraq təsdiqlənmir.

İdlib böhranı Türkiyə və Rusiya arasındakı münasibətlərin soyumasına səbəb olub. Tərəflər müxtəlif təmaslar qursa da, hələ də razılıq əldə olunmayıb. Bunun fonunda ABŞ da daxil olmaqla, Qərb dövlətlərinin Türkiyəyə dəstəyi diqqət çəkir. Fransa və Almaniya Rusiyaya İdlibdəki əməliyyatların dayandırılması üçün çağırış edib. Angela Merkel və Emmanuel Makron ayrı-ayrılıqda Putinlə telefon danışığı aparıb və problemin masa ətrafında həllini təklif ediblər. (publika.az)
Şou Biznes