Bu gün, iyul ayının 22-də Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü qeyd olunur. Bu münasibətlə rəhbərlik etdiyim "Qurtuluş-93” Yaşayış Kompleksin bütün əməkdaşları, üzvləri və əlbəttə ki, şəxsən öz adımdan bütün jurnalist dostlarımızı, bu sahədə şərəf və ləyaqətilə çalışan bütün insanları səmimi qəlbdən təbrik edirəm, hər kəsə öz işində yeni-yeni uğurlar arzulayıram. Qələminiz iti, sözünüz kəsərli və ən əsası da tutduğunuz mövqe hər zaman haqq və ədalətli olsun, yazılarınız isə yalnız əsil həqiqətləri əks etdirsin!
"Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov - Ordumuz təcavüzkarı hər an məğlubiyyətə düçar etməyə hazırdır -Son hərbi əməliyyatların ən mühüm reallığı isə növbəti dəfə Azərbaycanın hərbi üstünlüyünün təsdiqi oldu. Təxribatın qarşısının alınması, tərəflərin həyata keçirdiyi əməliyyatların nəticəsi və keyfiyyəti Azərbaycanın müasir döyüş imkanları baxımından Ermənistandan dəfələrlə güclü olduğunu göstərdi. Müdafiə Nazirliyinin bununla bağlı yaydığı videolardan da ordumuzun düşmənin hərbi təyinatlı bütün məntəqələrini, atəş nöqtələrini, qərargah və dayaq məntəqələrini, hərbi texnikalarını son dərəcə sərrast və dəqiq zərbələrlə darmadağın etdiyi aydın görünür. Nazirlər Kabinetinin sonuncu iclasında Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyat barədə danışan Prezident İlham Əliyev deyib: "Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə, onlarca erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir”. Düşmən saxta informasiyaları dövriyyəyə buraxdığı kimi, ölən hərbçilərinin sayını da cidd-cəhdlə gizlədir. Aprel döyüşlərində də belə idi və tədricən erməni ordusunun saysız-hesabsız itki verdiyi üzə çıxdı. Tovuz istiqamətində Azərbaycan Ordusunun zərbələri göstərir ki, onlarca erməni əsgəri məhv edilib. Qarşıdakı günlərdə ermənilər itkilərini tədricən etiraf edəcəklər. Onu da qeyd edək ki, Azərbaycanın dəqiq, yüksək və qarşısıalınmaz zərbə gücünə malik müasir silahlara sahib olması və döyüşlərdə bundan istifadə edərək düşmənə ağır zərbələr vurması Ermənistan tərəfində daim dərin təlaş və narahatlıq yaradıb. Təsadüfi deyil ki, Ermənistan tərəfinin bununla bağlı açıqlamalarında hətta strateji tərəfdaş olduqları Rusiyadan dəfələrlə inciklik ifadə olunur. Azərbaycanın tezliklə ərazi bütövlüyünü də bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacağı şübhəsizdir. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan cəbhədəki son hadisələrdən sonra bir daha hərbi müstəvidə üstün olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var. Bütövlükdə, Tovuz döyüşləri Azərbaycanın hərbi üstünlüyünün növbəti təsdiqi oldu. Bu hadisə həm də Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin qaçılmaz olduğunu nümayiş etdirdi.
Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzovdur.
"Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Hacı Məhərrəm Novruzov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Hacı Məhərrəm Novruzov bu işin müqəddəsliyini qoruyub saxlayır. Hacı Məhərrəm Novruzov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Hacı Məhərrəm Novruzovdan danışdılar yaxşı ki, Hacı Məhərrəm Novruzov "Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri təyin olunub… Hacı Məhərrəm Novruzov öz isguzarlığı ilə tanınır və seçilir….
Hacı Məhərrəm Novruzov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Hacı Məhərrəm Novruzov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Qurtuluş-93” Yaşayış Kompleksinin rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Hacı Məhərrəm Novruzov özünü doğruldub. Bizdə hörmətli Hacı Məhərrəm Novruzovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.