Kollecdə son illərdə qazanılan uğurlar, burada tələbələrin yüksək səviyyədə təhsil alması üçün görülən işlər gərgin əməyin, zəngin təcrübənin məhsuludur. Elə ilk tanışlıqdan hiss edirsən ki, Kollecdə əlverişli təhsil mühiti formalaşdırılıb, hər şey uğurlu nəticəyə hesablanıb.
Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyevadır.
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə xanım Əliyeva vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən direktordur. Sorğu apardıq ağız dolusu Ruxsarə xanım Əliyevadan danışdılar yaxşı ki, Ruxsarə xanım Əliyeva Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru təyin olunub… Ruxsarə xanım Əliyeva öz isguzarlığı ilə tanınır və seçilir….
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…
Ruxsarə xanım Əliyeva Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin drektoru Rüxsarə xanım Əliyeva bizimlə söhbətində Kollecin son illər əldə etdiyi uğurlardan danışdı:
“Təhsil işçilərinin, müəllimlərin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır.Hər bir təhsil alan eyni zamanda vətəndaş kimi yetişməlidir. Dövlətinə, millətinə, milli-mənəvi dəyərlərinə, xalqına sadiq olmalı, milli vətənpərvər ruhunda yetişməlidir.Bizim məqsədimiz Kollecdə məhz belə vətəndaşların, kadrların yetişməsini təmin etməkdir. Bunun üçün əlimizdən gələn hər şeyi edirik, tələbələrin yüksək səviyyədə təhsil alması üçün əlverişli mühit yaradırıq.
Dərslərimiz ən müasir üsullarla keçirilir, imtahanlarda maksimum şəffaflığı təmin etmişik. Təsadüfi deyil ki, son illər qazandığımız uğurlar Təhsil nazirliyi tərəfindən də yüksək qiymətləndirilir.
Kollecdə müxtəlif tədbirlər təşkil edilir, tələbələrin hərtərəfli formalaşması üçün layihələr həyata keçirilir. Çox şadıq ki, bu gün kollecimizdə təhsil sistemi ən yüksək səviyyədə qurulub, çəkdiyimiz gərgin əmək artıq öz bəhrələrini verməyə başlayıb və eyni zamanda imtahan proseslerinin şəffaflığı üçün açıq qapı elan etdik və imtahan prosesi valideynlərin nəzarəti qismində keçirildi .”
Biz də Rüxsarə xanım başda olmaqla kollecin bütün kollektivinə uğurlar arzulayırıq. Uğurlarınız bol olsun.