Turizm rayonu olan Qaxa gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir - Əhməd Mirzəbəyov




Əhməd Mirzəbəyov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Əhməd Mirzəbəyovdur.

Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Əhməd Mirzəbəyov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır... 

Turizm rayonu olan Qaxa gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir - Əhməd Mirzəbəyov


Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Qax rayonunda da uğurla davam etdirilir. Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəhbəri Əhməd Mirzəbəyovun uğurlu xidmətləri sayəsində Qax şəhərinin küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub. Turizm rayonu olan Qaxa gələn qonaqların rahat hərəkəti üçün yolların bərpası idarənin əsas hədəfidir. Turizm mövsümü ərəfəsində hazırda rayonun kəndlərinə gedən yollarda təmir-bərpa işləri görülür.
Əhməd Mirzəbəyovun rəhbərliyi ilə Qax rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir. Son vaxtlar bəzi internet saytlarında Əhməd Mirzəbəyovun fəaliyyətinə və şəxsi nüfuzuna, idarənin adına xələl gətirmək üçün əsası olmayan, yalan və böhtan xarakterli yazılar verilir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır. Əhməd Mirzəbəyovun idarəyə rəhbərlik etdiyi dövrdə gördüyü uğurlu işləri nəzərə almayan insanların niyyəti nədir görəsən? Onlar görmürlər ki, Əhməd Mirzəbəyov ötən illər ərzində heç bir nöqsana yol vermədən Qaxda yol infrastrukturunun bərpası və yenidən qurulması üçün çalışıb.
Bu gün Əhməd müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, Əhməd Mirzəbəyovun güclü idarəetmə bacarığı sayəsində 13 saylı yol istismar idarəsi MMC-nin qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Əhməd Mirzəbəyovun kollektivi Qaxda yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Qax sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzgündür? Qax rayon 13 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Əhməd Mirzəbəyovun nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Əhməd Mirzəbəyovu nüfuzdan salmağa çalışırlar.

Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Əhməd Mirzəbəyovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.



Şou Biznes