Xəzər rayonu, Şağan qəsəbəsi Yeni Bağlar adlanan massivin yalnız adı yenidir, desək, yanılmarıq. Palçığa qərq olmuş küçələr, istifadəyə yararsız kanalizasiya sistemi bu massivin köhnə problemləridir.
Oxu.AZ xəbər verir ki, bir neçə yerdən aşıb-daşan çirkab suları küçəni cənginə alıb.
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti orqanlara bu barədə məlumat versələr də, onların müraciəti ilə maraqlanan olmayıb.
Qəsəbə sakinlərinin problemləri bununla da bitmir. Qəsəbədə içməli su xətti də mövcud deyil.
Qəsəbənin bələdiyyə nümayəndəsi Faiq Cəbrayılov problemin qısa müddətdə həll olunacağını bildirir. Onun sözlərinə görə, işləri Novruz bayramına qədər yekunlaşdıracaqlar.
<embed src='https://player.baku.tv/embed/15479?fbclid=IwAR2BhSJK-rUTK_cAe7AtKmUqMmPI8uYH-SAlFTUVKZQao8iNydKR17fJ7wo' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>