Whatsapp-ın gündəm mövzusuna çevrilmiş məxfilik müqaviləsində nələr var?– Şahin Alıyev



Bildiyimiz kimi 8 dekabrdan bu günə qədər whatsapp sosial şəbəkə platformasının  yeni sözləşmə qərarı dünya gündəmini zəbt etdi.  Facebook şirkəti artıq yeni sözləşmə siyasətini dünyada Avropa ölkələri xaric olmaqla  tədbiq etməyə başladı. Bəs bu proses nədir? Nə mənaya  kəsb edir?  WhatsApp' istifadə etməyimiz üçün bunu qəbul etmək niyə vacibdir? Təbii ki, dünyada gedən hadisələr və ekonomik məsələlər, bu mövzuda gedən müzakirələri daha çox alovlandırır. Düşünürəm ki, Whatsappın Avropa ölkələri xaricində bu prosesi digər ölkələrə tətbiq etməsi siyasi seqment xarakteri daşıyır. Bunun üzərindən məsələyə baxsaq təbii ki bu qərar fərqli ölkələrdə fərqli məqsədlər üçün həyata keçiriləcəkdir Qardaş Türkiyəyə baxsaq artıq Whatsapp programı Mobil yükləmə bazarlarında öz liderliyini qoruya bilmir. Hətta səhv etmirəmsə 3 -cü sıralara qədər enib. Prezident Rəcəb Tayyib Ərdoğanın bu programı istifadəsini dayandırması gündəm mövzuları arasındadır. Türkiyədə Whatsappın nümayəndəliyi açılmadan ölkə daxilində  bir çox whatsapp istifadəçiləri programın aktiv  istifadəsini dayandırdılar. Bu qərar düşünürəm ki, dünya ölkələrinin informasiya təhlükəsizliyi, programlaşdırma və şəxsi məlumatların qorunması sahələrinin inkişafına üstün təsirini göstərəcəkdir.
İnsanlar gündəm olmuş bu məsələyə müxtəlif reaksiyalar verir,  fikirlər bildirirlər. Hətta mənim də daxil olduğum bir qrup insan “WhatsApp-dan istifadəsini dayandırmaq lazımdırmı?” deyə suallar səsləndirir. Facebook şirkəti hələ bu məsələ gündəm olmamışdan əvvəl də bizim şəxsi məlumatlarımıza sahib idi və bu məlumatların aqibəti çoxlarına bəlli deyildi. Niyə o zaman facebook məhz whatsapp üzərində bu qərarı verdi və bu qərar böyük səs- küyə səbəb oldu? Səbəblərdən biri və ən önəmlisi məncə Facebook şirkətinin Google səviyyəsində reklamlardan nisbətən  az pul qazanmasıdır. Bunun üçün WhatsApp bizim spesifik məlumatlarımızı əldə edib onu digər şirkətlərlə paylaşaraq həm sektorda, həm də  bazarda söz sahibi olmaq  və ən önəmlisi yüksək gəlirlər əldə etməkdir. Facebook şirkəti onun məxsus olduğu programlar üzərində bizim sosial həyatımız, yaşadığımız ünvan, iş vəziyyətimiz haqqında məlumatları alaraq başqa platformalarda ona uyğun xəbər və ya reklamlarla qarşımıza çıxır. Məsələn biz  hansısa bir sosial media hesabına baxdıqda və ya online bir mağazadan hər hansı bir əşya sifariş etdikdə ,onun haqqında dostlarımızla söhbətləşdikdə həmin əşya haqqında digər platformalarda fərqli məlumatlarla rastlaşırıq.
Bunun da cavabı Facebookun arxa planında işləyən cookinglər ( çərəzlər) bölməsində bizdən alınan lazımi məlumatlardır. Həmin məlumatlar orada öz əksini tapır. Beləliklə həmin məlumatlar bizim ziyarət etdiyimiz sosial şəbəkələrdə gəzinti çərəzləri vasitəsi ilə qeydə alınır. Facebook çox böyük bir platformadır. Bəzən bu məlumatlar  az olduğunda facebookun yanılma faizi yüksək olur. Bilirsiniz ki facebook üçün məlumat oğurluğu xəbərləri onun imicinə zərbə vurmuşdu. Şirkət məhz bunu düşünərək dünyada milyardlarla istifadəçisi olan whatsappın üzərində məlum qərarı rəsmiləşdirdi. Doğru ifadə etsək öz imicini qorumaq adına insanların etibarı üzərindən qazanc əldə etmək istəyi ilə facebooku belə qərar qəbul etməyə məcbur etdi.
Xülasə, Whatsapp üzərində gedən yazışmaları facebook anketləşdirərək reklam mütəxəssisləri və böyük şirkətlərə satışını təmin etmək əsasında daha çox pul qazanmağı hədəfləyir.
Biz bunu qəbul etməliyikmi? Bu hər insanın sosial hayatdakı və peşəkar müstəvidəki mövqeyindən,  həmçinin onun şəxsi düşüncəsindən asılıdır.  Whatsapp bizim şəxsi məlumatlarımızı anonim olaraq zatən reklam şirkətlərinə verirdi. Bununla bağlı hətta Whatsapp üzərində istifadəçi sözləşməsi də var. Beləliklə, bu vəziyyətdə biz məlumatları özümüz vermiş oluruq. Sadəcə Whatsapp bu qərarla bunu rəsmiləşdirmə mərhələsinə gətirdi. Biz whatsappla vidalaşarkən hansı alternativ programlardan istifadə edə bilərik?  Hansı alternativ platformaların istifadəsi məsləhətdir?  Adları gündəm olmuş Teleqram, Bip və Signal kimi dünyanın fərqli mesajlaşma proqramları, whatsapp qarşısında nə dərəcədə təhlükəsizdir? Signal dünyanın ən təhlükəsiz mesajlaşma tədbiqi siyahasında olub, bir çox kiber təhlükəsizlik mütəxəssisləri tərəfindən  istifadə olunması tövsiyə olunur. Whatsapp bundan əvvəlki yeniləmələrində ucdan-uca şifrələmə funksiyasını bizlərin istifadəsinə vermişdi. Bunun mahiyyəti ondan ibarətdir ki, mesajlaşma və zəng funkisiyaları iki şəxs arasında paylaşılacaq və üçüncü şəxslər tərəfindən görüntülənə bilməyəcəkdir. Bu qərarla whatsapp üçüncü şəxs olaraq rəsmi qaydada məlumatlarımızın əldə ediləmsində iştirak edəcəkdir. Lakin Signal tətbiqində bu yoxdur. Signal tədbiqi istifadəçilərinə yüksək şifrələmə xidməti təqdim edir. Məlumatlarımız heç bir formada üçüncü şəxslərə çatmır və reklam xarakteri daşımır. Hətta tədbiqdə istifadə olunan görüntülü zəng funksiyası belə şifrəlidir, lazım olduğunda özü özünü ləğv etmə funksiyasına sahibdir. Bunun üçün də Signal mütəxəssislər tərəfindən tövsiyə edilən açıq qaynaqlı proqramdır.  Telegram isə Pavel Durov tərəfindən Rusiyadakı dövlət çevrilişi mitinqlərinə çağırış və gizli siyasi klanlaşma üçün yaradılan açıq qaynaqlı bir proqramdır. Sonradan Rusiya hakimiyyətinin buna əl qoyması və hökümətin bu tətbiqi satın alması ilə ara sakitləşdi . Nəticədə teleqram artıq Rusiyanın dövlət nəzarəti altında fəaliyyətini davam etdirir. Pavel Durov isə həyatını ölkə xaricində davam etdirir. Telegram üzərində bu günə qədər heç bir hökumət və dövlətlər arası şəxsi məlumatların satışı gerçəkləşdirilmədi.  WhatsApp üzərində yazılan bir mesaj müddətli şəkildə 2 tərəfli silinə bilir. Teleqramda isə bu funksiya limitsiz olaraq aktivdir. WhatsApp bizi niyə bu qərara məcbur etdi? WhatsApp-ı tərk etsək belə, WhatsApp olmadan özümüzü təsəvvür edə bilmərik. WhatsApp-ı da vazkeçilməz edən onun çox istifadəçisi olmasıdır. Əgər teleqram və ya signal kimi proqramlara keçid etsək, lakin, çevrəmizdəki insanların ona keçidi reallaşmasa bu bizim üçün bir məna kəsb etmir. Hətta online dərslər müddəti çərçivəsində whatsapp danışıq funskiyası əlverişli və funksional idi.  Deyək ki, whatsAppı sildik, axı mənim iş qurdugum insanlar, bəlli bir çevrəm var. Bunun üçün də mən razı deyiləm. Amma bu yeni qayda ilə insanlar kütlələşir. Əgər whatsAppı silsəniz sizin orda qruplarınız, önəmli mesajlarınız varsa, yeni qayda ilə insanlar kütlə halında digər tətbiqə keçdiyində toplu qərar qəbul etmiş olacaqsınız. Teleqram və signal son bir necə gün içində bu məsələdə ciddi tələblər görür. Alternativ programların əsas hədəfi whatsApp sonrası kimi rahat  əlverişli interface sahib yeniləmələr etməlidir. Çunki whatsApp- dan çıxanlar başqa bir tətbiqə keçmək istədiyində onlar üçün önəmli olan tətbiqin istifadəsində çətinlik yaranmasın. Əgər whatsApp üzərindən şəxsi məlumatlarınızı paylaşmağı qəbul etmirsinizsə onu silib digər tətbiqə keçə bilərsiniz. Bu dönəmdə və milli texnologiya həmlələrində ölkəmiz öz şəxsi təhlükəsiz mesajlaşma tətbiqini  yaratmalıdır. Bu ölkənin milli təhlükəsizliyi baxımından çox faydalı olacaqdır.


Şahin Alıyev
İctimai Nəzarət Koalisiyasının İKT Departamentinin rəhbəri
İT və Kiber Təhlükəsizlik Mütəxəssisi
Şou Biznes