Hacı Məhərrəm Novruzov öz iş prinsiplərini professionallıqla icra edir


Şər və Böhtan yazanlara tutarlı cavab - "Qurtuluş - 93 ” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov  haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Məhərrəm Novruzovda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "“Bağçalı Evlər” MTK-da şok qanunsuzluq: Məhərrəm Novruzovla Akif Çovdarovun əlaqəsi var. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. " Qurtuluş - 93 ” Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


"Qurtuluş - 93 ”Yaşayış Kompleksinin rəhbəri Hacı Məhərrəm Novruzov Ölkə başçısı həmişə Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, qüdrətlənməsinə, ölkəmizin unikal inkişaf modelinin dünyada tanınmasına töhfə verməyə çalışanların fəaliyyətini yüksək dəyərləndirib. Cənab İlham Əliyev çıxışlarında ölkədə korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacağı, dövlətin, xalqın maraqlarına zidd addım atan məmurların cəzalandırılacağı haqda dəfələrlə sərt xəbərdarlıqlar edib. Prezidentin bu məsələyə dəfələrlə toxunması korrupsiyaya qarşı qəti mövqeyinin ifadəsidir. Lakin ölkə başçısının xəbərdarlıqlarına baxmayaraq, bəzi vəzifəli şəxslər öz vəzifələrinə çox məsuliyyətsiz yanaşdıqlarına görə özləri və tabeliklərində olan şəxslər korrupsiya faktları ilə məsuliyyətə cəlb edilib. Xüsusilə də koronavirus pandemiyası dövründə vətəndaşa ayrılan dövlət dəstəyinin mənimsənilməsi qəbuledilməz haldır. Bu məsələlər cənab Prezidentin hər zaman diqqət mərkəzindədir. Azərbaycan Respublikası Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəsinin təyin edilməsi də Azərbaycanda Korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Bu gün həyata keçirilən kadr islahatları məhz peşəkarlığın təminatına, eyni zamanda, ölkənin dayanıqlı inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına xidmət edir. Cənab İlham Əliyevin bütün sahələri əhatə edən, yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma kimi dəyərləndirdiyi inqilabi islahatlar xalq tərəfindən güclü dəstəklənir. Ölkə başçısının son zamanlar etdiyi çıxışların, verdiyi bəyanatların, gördüyü tədbirlərin xarakteri də təsdiq edir ki, rüşvətxor və korrupsioner məmurlarla mübarizə müvəqqəti yox, ardıcıl xarakter daşıyır. Buna görə də ölkədə yeni dövrün başlandığını hər bir məmur nəzərdən keçirib, fəaliyyətində konkret korrektələr aparmalıdır. Ölkə prezidentinin yüksək vəzifə verib irəli çəkdiyi, etibar etdiyi şəxslərin bu cür yanlış hərəkətlərinə haqq qazandırmaq qeyri-mümkündür və çox haqlı olaraq, cənab Prezident bu cür xəyanətkarları bağışlamır və bağışlamayacaqdır! Bu istiqamətdə Prezidentin həyata keçirdiyi islahatlar, verdiyi tövsiyə və tapşırıqlar rayon icra hakimiyyəti tərəfindən rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatra, inzibati ərazi nümayəndəliklərinə, bələdiyyələrə onlayn formada göndərilmiş və bir daha bu tapşırıqlara ciddi şəkildə riayət edilməsi bildirilmışdir. 

Şou Biznes