Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov - Gəlin, biz də polislərimizi qoruyaq!
Polislərimizin əməyini necə qiymətləndiririk?!
Bu günlərdə soyuqda, küləkdə, yağışda küçələrdə növbə çəkən və bizlərin təhlükəsizliyini qoruyan minlərlə polisimizi görürük
Hər gün mətbuatda, televiziya kanallarında koronavirusla müharibədə ön cərgədə, səngərdə dayanan həkimlərimiz və polislərimizlə bağlı neçə-neçə yazıları oxuyur, sujetlərə baxır və qürur duyuruq.
Lakin ölkədə tətbiq edilmiş xüsusi karantin dövründə həm təhlükəsizliyimizi qoruyan, həm cinayətkarlıqla mübarizə aparan, həm də karantin rejimindən sui-istifadə edərək bu qaydaları pozan, xəstəliyin yayılmasına səbəb olmaqla həm həkimlərimizin, həm də dövlətimizin bu sahədə yükünü artıran şəxslərə qarşı barışmaz mövqe nümayiş etdirən polislərimizin əməyini necə qiymətləndiririk?! Şübhəsiz ki, ölkə vətəndaşlarının çoxu bunu yüksək qiymətləndirir, dəyərləndirir və alqışlayır. Təəssüflər olsun ki, az sayda olsa da yenə də həm ölkədə, həm də xaricdə oturub ölkəmizin hər bir sahədəki uğurlarına kölgə salmaq istəyənlər indi də ara-sıra polislərimizə böhtan atmaqla məşğuldurlar.
İlk gündən Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu mübarizəyə qarşı Operativ Qərargah yaradılıb. Milyardlarla vəsait ayrılıb. Vətəndaşlarımızın sosial və iqtisadi problemlərinin həlli istiqamətində müəyyən İşçi Qruplar yaradılıb. Eyni zamanda Ali Baş Komandan televiziya ilə bizə müraciət edərək “evdə qalın” deyir, göstəriş verir. Əslində, Ali Baş Komandanın bu göstərişi hər birimiz üçün əmr kimi başa düşülməlidir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalqa müraciət edərək deyir ki, belə bir zamanda şəfqət, məhəbbət, humanizm xoş əməllər göstərməyə, hamını həmrəy olmağa və evdə qalmağa çağırıram. Gəlin bunu da unutmayaq ki, koronavirusla mübarizədə Azərbaycan özünün Nümunəvi Modelini yaradıb. Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməaində Azərbaycanı koronavirusla mübarizədə öncüllərdən biri kimi qeyd edir.
ALLAH Qarabağda erməni ilə üz-üzə dayanan əzgərlərimizi, ölkəmizdə koronavirusla mübarizədə öndə olan həkimlərimizi və polisimizi qorusun! ALLAH xalqımızı və bəşəriyyətimizi bu bəladan qorusun! Şər və Böhtan yazanlara tutarlı cavab - Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır
HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......
Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Şakir İmanov dövlət torpağını satışa çıxarıb.". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.
Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm.
Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .
Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov - Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin vəzifəsi Meliorasiya və Su Təsərrüfatı ASC-nin təsdiq etdiyi limit əsasında Yuxarı Qarabağ Kanalı vasitəsilə axıdılan suyu təsərrüfatlara çatdırmaq və kanalın texniki vəziyyətini daim saz saxlamaqdan ibarətdir.
Yuxarı Qarabağ Kanalı respublikada suburaxma qabiliyyətinə və xidmət etdiyi əkin sahəsinə görə ən böyük magistral kanaldır. 1958-ci ildən istismar olunur. Maksimal suburaxma qabiliyyəti 112 kubmetrsaniyədir. Kanal düzən Qarabağın 110 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir ki, bundan da 86 400 hektarı öz axını ilə, 23 600 hektarı isə mexaniki üsulla, yəni nasoslar vasitəsilə suvarılır.
İdarənin fəaliyyəti haqqında bir qədər artıq məlumatı isə rəis Şakir İmanov verir:
-Kanal mənbəyini Mingəçevir Su Anbarından öz axımı ilə götürərək Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdam və İmişli rayonlarını bol suvarma suyu ilə təmin edir. Bundan başqa, yay aylarında Araz çayında suyun səviyyəsi aşağı düşdükdə, su çatışmazlığı yarandığı vaxt Qarabağ kanalı vasitəsilə 25-30 kub/san Bəhramtəpə suqovşağına su verilir. Yay vaxtı bu suyun Bəhramtəpə Hidroqovşağına verilməsi respublikanın İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının təsərrüfatlarını su problemindən xilas edir.
Yuxarı Qarabağ kanalı 172,4 kilometr uzunluğunda torpaq kanaldır. Baş qurğu giriş və çıxış qapılarından və 1,1 kilometr uzunluğunda tuneldən ibarətdir. Kanal üzərində 14 ədəd səviyyəqaldırıcı qurğu, 45 ədəd paylayıcı qurğu, 1 ədəd akvedük, 3 ədəd dükker, 3,3 kilometr uzunluğunda beton örtüklü cəldaxıdan və 1 ədəd sudüşürən vardır. Bundan başqa, kanalda qəza hadisələrinin qarşısını almaq məqsədilə çaylarla kəsişən hissələrdə, həm də 4 yerdə (Korçay, Tərtərçay , İncəçay və Qarqarçay) sutullayıcı qəza qapıları, kanal üzərində 33 körpü, altında isə 23 ədəd selötürücü qurğu vardır.
Su böyük nemətdir.-Söhbətimiz zamanı qeyd edir Şakir müəllim. Sonra da əlavə edir: – Amma ondan qənaətlə istifadə etmək, suyun limitə uyğun bölünməsini təmin etməliyik. Belə olduğu halda biz uğurdan, nailiyyətdən danışa bilərik. İşimizin gərəkliliyini, üzərimizə düşən vəzifənin məsuliyyətini hər an hiss edirik. Bu da bizi ləyaqətlə, vicdanla işləməyə sövq edir. Dövlətimizin başçısının ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə, onun inkişafına göstərdiyi diqqət və qayğı da bizi bu gün dünənkindən, sabah isə bugünkündən daha yaxşı işləməyə ruhlandırır.
Ötən il idarə üçün uğurlu illərdən olmuşdur. İstismar tədbirləri planı 1580, 264 min manat əvəzinə 1678,84 min manat məbləğində olmuş, yəni 103 faiz yerinə yetirilmişdir.
İdarənin kollektivi bütün səyləri səfərbər edərək artıq yola salacağımız 2019-cu ili də nailiyyətlərlə başa vurmaq əzmi ilə çalışır.