Yerevandan Xocalı aeroportu ilə bağlı AÇIQLAMA: “Azərbaycan Qarabağ üzərində uçuşlara…”
- 13.02.2020, 16:17,
- Cəmiyyət
- Baxılıb: 432
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan Xocalı aeroprotunun işə düşməsi ilə bağlı suala cavab verib.
Ermənistan KİV xəbər verir ki, deputat Sasun Mikaleyanın sualına cavab verən Revazyan bu məsələnin siyasi xarakter daşıdığını söyləyib.
“Bizim bu mövzuda çox müzakirəmiz olub. Çünki biz məsələnin həllini istəyirik. Hamımız üçün vacib məsələdir. Amma fakt ondan ibarətdir ki, Azərbaycan Qarabağ üzərində hava məkanını bağlamaq barədə qərar verib və biz Mülki Aviasiya Komitəsi olaraq, Qarabağ üzərində uçuşlara icazə verə bilmərik.”- deyə Revazyan söyləyib.
Revazyan uçuşların bərpası üçün beynəlxalq müstəvidə danışıqların aparılmadığını da əlavə edib.
Xatırladaq ki, ermənilər Xocalı aeroportunu 2012-ci ildə 8 milyon dollar qarşılığında rekonstruksiya ediblər amma bu vaxta qədər aeroportdan uçuşlar həyata keçirilməyib. Rəsmi Bakı Qarabağdan uçuşlara qadağa qoyduğunu elan etmişdi. /Modern.az/