Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları üzunu məmurlara tutub əzimkarlıqla demişdir: Çox ciddi nəzarət olsa, icra başçıları və deputatlar üçün yaxşı olardı ki, kresloda yox, gəzib əhalinin dərdiylə canlı olaraq maraglansınlar. Gorsünlər ki, kimin nə dərdi var, kimə necə kömək etmək olar. Bütün ərazilərdə problemlər var. Onlar o kreslodan durub əraziləri gəzsələr bilərlər ki, kim necə yaşayır. Nəyə ehtiyacı var və nəyə möhtacdır. Elə hər bir vətəndaşında yerində şikayətini qəbul etsə, o anda həlli yolunu tapa bilər. Cənab Prezidentimiz İlham Əliyev vətəndaşlara qaygı və sevgilərlə saygı göstərir. Bu yolda Cənab Prezidentimizə ugurlar diləyirik.
Vətənə xidmət, dövlətə sevgi hec vaxt unudulmaz. Dövlətmizin diqqətində olan Çernobil əlilləri hər il oldugu kimi bu ildə Goycay rayon İcra Hakimyətin başçısı Mehdi Səlimzadə və onun komandası tərəfindən hər bir Çernobil Əlillərinə ərzaq paylanıldı. Bu təbəqəli insanlar öz sağlamlıqlarını itirmişlər. Aldıqları mürəkkəb şualamadan nəinki özləri hətta, onların övladlarıda xəstəlikdən əziyyət çəkirlər. Goycay rayon Çernobil Əlillər Cəmiyyətinin Təşkilatçıları Səlimov Şahnəzər və Eminov Mehman Çernobil Əlillərin yaşadıqları mənzilərə gedərək, onlara hazırlanmış ərzaqlarla təmin etmişdilər.
Regionun digər rayonları kimi adi vətəndaşlarada, Göyçay İcra Hakimiyyətinin başçısı və onun komandası xeyriyyəçi aksiyasına qatılaraq əhaliyə yardımlar etdilər. Bu gündə ahıl nəsilləri arayıb, araşdırıb qidalandırıcı məhsullarla köməkdarlıq etdilər. Hər bir evə sovqatlar verildi. Sakinlər başda Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına. Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti Mehriban Əliyevaya. Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadəyə, Çernobil Əlillər Cəmiyyətinin Təşkilatçıları Səlimov Şahnəzərə, Eminov Mehmana öz təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər. Xalq hər zaman dövlətimizə və dövlətçiliyimizə dəstəkdir və yüksək dəyər verir.