Zaqatala rayonu yüksəlişə və irəlləyişə doğru və gücləndirilmiş tədbirlər - ÖZƏL+FOTOLAR
- 04.04.2020, 13:41,
- Cəmiyyət / Gündəm
- Baxılıb: 732
Facebook
Вконтакте
Одноклассники
Google+
Koronavirus pandemiyası ilə bağlı əhali arasında maarifləndirmə işləri aparılır
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq icra başçısının müavinləri və Zaqatala Rayon İcra hakimiyyəti yanında fəaliyyət göstərən operativ qərargahın üzvlərinin iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Söhbət zamanı vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tapşırılmış, karantin rejiminə əməl etməyə, ehtiyac olmadığı təqdirdə evdən çıxmamaları tövsiyə olunmuşdur.
Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi karantin rejimi ilə bağlı tədbirlərə dəstək verir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nəzdində fəaliyyət göstərən Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının vətəndaşlara izah edilməsi üçün müxtəlif sosial layihələr, maarifləndirici tədbirlər həyata keçirir.
Qurumun əməkdaşları hər gün vətəndaşlarla, həmçinin mərkəzin qeydiyyatında olan ailələrlə telefon əlaqəsi saxlayaraq, xüsusi karantin rejiminin tələblərinə riayət etmək, evdə qalmaq, zərurət yaranmadıqda küçəyə çıxmamaq barədə maarifləndirici söhbətlər aparır, onlara infeksiyadan qorunmaq yollarını izah edirlər. Eyni zamanda, mərkəzin əməkdaşları yaxınlıqda olan fərdi evlərə baş çəkərək ailələrə xüsusi məlumat vərəqələri paylayırlar.
Bu günlərdə qurum tərəfindən 11 aztəminatlı ailəyə ərzaq yardımı göstərilib, tənha, ahıl insanlar dərman preparatları ilə təmin olunublar. Bununla yanaşı, mərkəzin əməkdaşları küçədə gəzən sakinlərlə də maarifləndirici söhbətlər aparıb, onlara tibbi maska və əlcək paylayıblar.
Ölkəmizin sosial-iqtisadi sverasında əldə olunan uğurlar Zaqatala rayonunda da özünü əks etdirmiş və müsbət tendensiyalara doğru addımlamışdır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan Respublikamızın bütün regionlarında olduğu kimi, Zaqatala rayonuna da əhəmiyyətli pay düşmüşdür. Zaqatalalılar Mübariz Əhmədzadənin başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər. Zaqatala rayonunun sosial-iqtisadi inkişaf planının düzgün və səmərəli həyata keçirilməsinin nəticəsindir ki, rayonda böyük abadlıq-quruculuq işləri geniş fürsət almışdır.
Qeyd etməyimiz vacibdir ki, dövlətimizin rəhbərliyinin qayğılı münasibətini Zaqatala və zaqatalalılara yetirməsi ilə vəzifələndirilmiş rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin bu inkişafa böyük xidmət göstərmişdir. Rayonun tərəqqipərvər vətəndaşları bir mənalı olaraq bu fikirdədirlər ki, Mübariz Əhmədzadənin icra başçısı kimi fəaliyyəti bu rayona və rayon sakinləri üçün düşərli olmuşdur.
Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş İcra başçısı Mübariz Əhmədzadə və onun rəhbərlik etdiyi aparat əhalinin elektrik enerjisi, qaz, su ilə təhcizatı məsələlərini diqqət mərkəzində saxlayırlar. Daimi iş yerlərinin açılması, Dövlət Proqramının əsas istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, Qarabağ əlilləri rayon rəhbərliyinin qayğısı ilə əhatələnmişlər. Bizdə 102xeber.com olaraq Zaqatala rayon İH başcısı Mübariz Əhmədzadəyə gələcək işlərində eləçədə, rayoncün gördüyü yeni quruculuq-abadlıq işlərində, boyük müvəffəqiyyət arzulayıq.
Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Mübariz müəllimin üzünü və rayonda gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.