Faiq Hüseynov: Mədəniyyət yoldan başlanır


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Faiq Hüseynovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabirabad rayonu Azərbaycan Avtomobil yollarının 5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Faiq Hüseynovdur.

Sabirabad rayonu Azərbaycan Avtomobil yollarının 5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Faiq Hüseynov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Faiq Hüseynov bu işin müqəddəsliyini qoruyub saxlayır. Faiq Hüseynov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
 

«Yolları mədəniyyətin, intibahın başlanğıcı hesab edirlər. Bu isə dolayısı ilə mədəniyyətin yoldan başlanması deməkdir. Yol iqtisadiyyatın inkişafının təməlidir. Yol quruculuğuna göstərilən qayğı bilavasitə insanların həyat səviyyəsinin yüksəlməsinə yönəldilib. Quruculuq tədbirlərinin tərkib hissəsi olan yol ölkənin hərtərəfli inkişafına xidmət edir. Bu baxımdan bu sahədə çalışmaq insandan böyük məsuliyyət və bacarıq tələb edir. Bu gün Azərbaycanın avtomobil yolları öz abadlığı, dünya standartlarına uyğunluğu ilə diqqəti cəlb edir. Avtomobil yollarının keyfiyyətli və mənzərəli olması isə onun kənarlarında salınmış yaşıllıqlardan birbaşa asılıdır. Atmosferin avtomobillərin buraxdığı çirkli qazlardan korlanmasının qarşısının alınmasına, sürücülərdə göz yorğunluğunun dəf edilməsinə, yolların darıxdırıcı ab-havadan xilas olmasına və s. xidmət edən yolların yaşıllaşdırılması sahəsi bu baxımdan çox gərəkli bir sahədir. Təbiətə xidmət əslində insanlara xidmət deməkdir. Axı ölkənin tərəqqisi də, inkişafı da sağlam insanların fiziki və mənəvi çalışqanlığının məhsuludur». Bu fikirləri Sabirabad rayonu Azərbaycan Avtomobil yollarının 5 saylı Yaşıllaşdırma idarəsinin rəisi Faiq Hüseynov söylədi.

Faiq müəllim 1958-ci ildə Sabirabad rayonunda anadan olub. Ali təhsilli mütəxəssis olan Faiq müəllim uzun illər ərzində müxtəlif idarə və müəssisələrdə müxtəlif vəzifələrdə işləyib. 2016-cı ildən 5 saylı Yaşıllaşdırma idərəsinə rəis təyin olunub.

İdarə Sabirabad və Saatlı rayonlarının yol kənarlarına ağaclar əkir, yaşıllıqlar salır. İdarənin əsas iş prinsipi yolların kənarında yeni yaşıllıqlar salmaq, yaşıllıqların becərilməsi, suvarılması, aqrotexniki qulluq və s.-dir.

Faiq müəllim öz siyasi mövqeyi ilə də diqqəti cəlb edir. O, insan hansı sahədə işləyib çalışmasından asılı olmayaraq özünü hansı dövlətin vətəndaşı olduğunu unutmamalı, öz işi, əməli ilə ölkəsinə, dövlətinə şərəflə xidmət etməlidir, – deyir. «Fikirləşəndə ki, yol qırağında əkdiyin kiçik bir fidan sabah böyüyüb qollu-budaqlı ağac olacaq, kiminsə rahatlığına, sərinlənməsinə, hətta həyatının xilasına səbəb olacaq, bu, insanda bir fərəh hissi yaradır, işinə olan məsuliyyətini birə-beş artırır. Ölkənin vətəndaşına xidmət isə birbaşa ölkənin özünə xidmət deməkdir» – deyir Faiq müəllim.

Faiq Hüseynov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. 

Prezident İlham Əliyevdən nümunə götürən Faiq Hüseynovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Faiq Hüseynov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Faiq Hüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sumqayıt maşın bazarının müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Faiq Hüseynov özünü doğruldub. Bizdə hörmətli Faiq Hüseynovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Şou Biznes