Atəş Rüstəmov: Sumqayıtda koronavirus təhlükəsinə qarşı aparılan dezinfeksiya işləri davam etdirilir - ÖZƏL

  • 05.05.2020, 13:00,
  • Gündəm
  • Baxılıb: 528
Atəş Rüstəmov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir! - ÖZƏL



Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmov - Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin koronavirus pandemiyasına qarşı apardığı mübarizə ölkə üzrə infeksiyanın yayılma coğrafiyasını məhdudlaşdırıb.
Yoluxma halları ilə bağlı son günlərin statistikası ümidvericidir – artıq sağalanların sayı üstünlük təşkil edir.

Bununla belə, dövlət yenə də tədbirlər görməkdədir, bu məqsədlə xüsusi karantin rejiminin müddəti mayın 4-nə qədər uzadılıb.

Azərbaycan xalqı xüsusi karantin rejimi dövründə həmrəylik nümayiş etdirir.

Əhali, eyni zamanda, Prezidentin ideyaları və siyasətinin arxasında sıx birləşdiyini bəyan edir.

Dövlət başçısına ünvanlanan çoxsaylı minnətdarlıq məktubları da bunu sübut edir.



Ölkəmizin hər yerində olduğu kimi Sumqayıt şəhərində də Koronavirusa qarşı aparılan tədbirlər davam edir, sanitar epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanır, qabaqlayıcı tədbirlər həyata keçirilir.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı komissiya yaradılıb.

Şəhərdə fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, gənclər, sənaye, nəqliyyat, məcburi köçkünlərin sıx məskunlaşdığı yataqxanalar, böyük ticarət mərkəzləri, avtovağzal,   dəmiryolunda və şəhərin müxtəlif  yerlərində (park, bulvar, meydanlarında) qrafik üzrə müntəzəm olaraq tibbi proflaktik dezinfeksiya işləri aparılmış və bu gün də aparılmaqdadır.

Sumqayıtda koronavirus təhlükəsinə qarşı aparılan dezinfeksiya işləri davam etdirilir


Sumqayıt şəhərində koronavirus infeksiyasının şəhər ərazisində yayılmasının qarşısını almaq məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan kommunal xidmətlər tərəfindən gündəlik olaraq şəhərin küçə və prospektləri xüsusi texnika ilə dezinfeksiyaedici məhlullarla yuyulur. Dezinfeksiya tədbirlərinə Daxili Qoşunların xüsusi texnikaları da cəlb olunub.
Qeyd edək ki, şəhərdə bütün sahələrdə – küçələrdə, məhəllələrdə, ticarət şəbəkələrində, digər sənaye müəssisələrində dezinfeksiya işləri aparılır. Park və xiyabanlarda oturacaqlar, insanların ən çox istifadə etdiyi məkanlar olan bankların, marketlərin girişləri, dayanacaqlar, ictimai nəqliyyat vasitələri dezinfeksiyaedici məhlullarla təmizlənir.



Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə və tənha ahıl şəxslərə ərzaq yardımı davam edir


Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ərzaq bağlamalarının  paylanılması aksiyası davam edir.
Aksiya çərçivəsində Sumqayıt şəhərində müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və ehtiyacı olan şəxslərə 50 kiloqramlıq ərzaq məhsullarından ibarət yardım sovqatları öz evlərində təqdim olunur.

 İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Atəş Rüstəmovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmovdur.

1976-cı ildə Qubadlı rayonunun Başarat kəndində anadan olub. Orta təhsilinə həmin kənddə başlayıb. 9-cu sinifdən etibarən Bakı şəhərində Kimya-biologiya təmayüllü liseydə təhsilini davam etdirib. 1999-2004-cü illərdə Sumqayıt Dövlət Universitetinin iqtisadiyyat fakültəsində qiyabi təhsil alıb. 2000-ci ildə Sumqayıt şəhər 20 saylı Mənzil İstismar idarəsində rəis vəzifəsinə təyin olunub. 2000-2012- cü illər ərzində həmin vəzifədə işləyib. 2012-ci ildən isə Sumqayıt Şəhər Təmizlik Departamentində Nəzarət bölməsinin şöbə müdiri olub və 2016-ci ilə qədər həmin vəzifədə çalışıb. Elə həmin il Abadlaşdırma və təmir-tikinti idarəsinin rəisi vəzifəsinə təyinat alıb. 2018-ci il 6 sentyabr tarixindən isə Sumqayıt şəhər Təmizlik Departamentində baş direktorudur.

II qrup Qarabağ əlilidir.


Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru Atəş Rüstəmov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Atəş Rüstəmov bu işin müqəddəsliyini qoruyub saxlayır. Atəş Rüstəmov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Qanuninfo.az olaraq sorğu apardıq ağız dolusu Atəş Rüstəmovdan danışdılar yaxşı ki, Atəş Rüstəmov Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru təyin olunub… Atəş Rüstəmov öz isguzarlığı ilə tanınır və seçilir….

Atəş Rüstəmov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Atəş Rüstəmov heç vaxt əqidəsindən döndərə bilməz.

Atəş Rüstəmov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Atəş Rüstəmov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Atəş Rüstəmov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Atəş Rüstəmovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Atəş Rüstəmov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Atəş Rüstəmov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sumqayıt şəhər Təmizlik Departamentinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Atəş Rüstəmov özünü doğruldub. Bizdə hörmətli Atəş Rüstəmovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Şou Biznes