Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir - ÖZƏL


Tərtərdəki inkişafı, yeniləşməni, müasirləşməni, insanların həyat səviyyəsinin yüksəlməsini, rayonun davamlı və çoxistiqamətli inkişafını görmək istəməyənlərin diqqətini görülən işlərə yönəltmək istərdik. Qeyd edək ki, rayona gələn gündən başlayaraq rayon icra hakimiyyətinin başçısı tikinti-abadlıq işlərində, mənəvi quruculuqda təbəddülat yaratdı. İlk növbədə məmur özbaşnalığına qarşı qanunsuz yolla çıxmağın arzuolunmaz nəticələri aradan qaldırıldı. 

Hazırda rayonda aparılan işlər sırasında mühüm yerlərdən birini də sahibkarlığın inkişaf etdirilməsidir. Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə də yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir. Belə ki, Müstəqim Məmmədov rayonda sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımları atır. Bununla bağlı, hətta xüsusi nəzarət işləri də reallaşdırılır. İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır. Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlar da deyirlər ki, hal hazırda onlar üçün zəruri olan bütün şərait yaradılıb.
Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Tərtər camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur. Hazırda Müstəqim Məmmədovun rəhbərliyi altında bu sahələrdə bir sıra yeniliklərin edildiyi, böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır. Əhali ilə görüşlər keçirilərək, onların problemləri dinlənilir və yardımlar edilir. Məsələn, icra başçısının sonuncu belə görüşü Azad Qaraqoyunlu kəndində təşkil olunub. Əhali ilə söhbət zamanı onları dinləyən Müstəqim Məmmədov, problemləri aradan qaldırmaq üçün lazım olan addımları atacağını bildirib.

Rayonda işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması sahəsində də əsaslı addımlar atılıb. Müstəqim Məmmədovun gərgin əməyinin nəticəsi olaraq Tərtərdə bir ildə xeyli iş yerləri açılıb, yeniləri isə açılmaq üzrədir. Növbəti illərdə də Tərtər rayonu bu sahədə ən öncüllərdən biri olacağı şübhə doğurmur.

Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir - ÖZƏL
Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir - ÖZƏL
Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir - ÖZƏL
Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir - ÖZƏL
Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir - ÖZƏL
Dövlət başçısının təlimatı əsasında həyata keçirilən işlərin Tərtərdə yüksək səviyyədə reallaşdırdığı müşahidə edilir - ÖZƏL


Tərtərdə videobağlantı vasitəsilə keçirilən növbəti müşavirədə kənd təsərrüfatı işlərinin gedişi və pandemiya ilə mübarizə tədbirləri müzakirə edilib



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə və müəssisə rəhbərlərinin iştirakı ilə ilə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimi ilə əlaqədar qaydaların tətbiqinə nəzarət, yerlərdə vəzifə borclarının icrası ilə bağlı vəziyyət və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı videobağlantı vasitəsilə növbəti müşavirə keçirib.
Müşavirədə dünyada sürətlə yayılan koronavirus pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunub. Rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına və karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə dəstək göstərilməsinin nəzarətdə saxlanılmasına dair tələblər diqqətə çatdırılıb.
Bildirilib ki, rayon ərazisində xüsusi karantin rejimi dövrü bitənədək təmizlik və dezinfeksiya işləri tələblərə riayət edilməklə yüksək səviyyədə aparılmalıdır.
Qeyd olunub ki, möhtərəm Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı altında Heydər Əliyev Fondu tərəfindən başlanılmış ərzaq yardımı aksiyasına Tərtər rayonu da qatılıb. Aksiya rayonda xüsusi rejimin tətbiq olunduğu ilk günlərdən indiyə qədər həyata keçirilir. Sovqatlar imkansız, əlil və ağır xəstəliklərdən əziyyət çəkən sakinlər, həmçinin ahıl insanlar üçün təşkil olunub.
Rayon icra hakimiyyətinin başçısı kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi, xüsusi qayğıya ehtiyac olan vətəndaşların, əsasən də yaşı 65-dən yuxarı olan sakinlərin yaşadığı ailələrin nəzarətə götürülməsi, daim diqqətdə saxlanılması ilə bağlı göstərişlər verib. Xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərə toxunulub. Yeni qərarda nəzərdə tutulan qaydaların inzibati ərazi dairələrində əhaliyə çatdırılması, xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, xüsusən də sanitar-epidemoloji tədbirlərin icrasına nəzarəti daha da gücləndirmək tapşırılıb.
İnzibati ərazilərdə sakinlər ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq və vaxtında tədbirlər görmək barədə də göstərişlər verilib.
Müşavirədə rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb. Dövlət başçısının ölkəmizdə pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələrin Tərtər rayonunda uğurla icra olunduğu diqqətə çatdırılıb. Bildirilib ki, görülən məqsədyönlü işlərin nəticəsidir ki, Tərtər rayonunda pambıq və barama istehsalı ildən-ilə artmaqdadır.
Müşavirədə əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu il də yüksək məhsul əldə etmək üçün barama saxlanılacaq yerlərə mütəxəssislər tərəfindən baxış keçirilməsi, lazım olan bütün tədbirlərin vaxtında görülməsi, kümçülərə lazımi köməkliyin göstərilməsi, baramaqurdunun sağlam şəraitdə inkişaf etməsi üçün lazımi tədbirlərin görülməsi, eləcə də pambıq və digər kənd təsərrüfatı bitkilərinin səpini və becərilməsi ilə bağlı aidiyyəti şəxslərə lazimi tapşırıq və tövsiyələr verilib.
 




Tərtər rayonunda koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri davam etdirilir























Həmkarlar İttifaqları Konfederasiyası Tərtərdə 50 aztəminatlı ailəyə ərzaq yardımı edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) xüsusi karantin rejimi günlərində ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərə dəstək nümayiş etdirərək Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Tərtər Gənclərinin İnkişaf və Kariyera Mərkəzinin gənc könüllülərinin iştirakı ilə Rayon ərazisində 50 aztəminatlı ailəyə kömək məqsədilə ərzaq yardımı göstərib.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.















Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun ayrı-ayrı yaşayış məntəqələrində dezinfeksiya tədbirləri mütəmadi olaraq davam etdirilir














Tərtərdə tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə ərzaq yardımı aksiyası davam etdirilir



Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Tərtər şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə yardımlar göstərilir.
Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Heydər Əliyev Fondunun, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyevin, Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə ümumilikdə 2275 nəfər olmaqla, 2145-dən çox aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl insanlara ərzaq yardımı, 130-dan çox ailəyə isə gigiyenik vasitələr paylanıb.
Ərzaq bağlamaları YAP rayon təşkilatı Gənclər Birliyinin fəalları və könüllülərinin köməkliyi ilə ayrı-ayrı ünvanlarda yaşayan aztəminatlı, tənha, yaşlı insanlara paylanır. Həmçinin onların koronavirusdan qorunması, sağlamlığının müdafiəsi məqsədilə maarifləndirici söhbətlər aparılır.
Rayonda tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə yardım edilməsi istiqamətində işlər davam etdirilir.
















Tərtər rayonunda koronavirus infeksiyasına qarşı dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir
















  • Нравится
  • 0
  • Qzolhb
  • 29-11-2022, 07:29
  • : 07:29
buy levaquin 250mg without prescription buy levaquin online cheap
действия
Şou Biznes