Nazim İsmayılovun Saatlıya gəlişindən sonra, Saatlı əsraəngiz gözəlliyi ilə, baxanı valeh edir


Saatlı rayonu ərazisində Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar geniş miqyaslı tədbirlər həyata keçirilir




Saatlı rayonu ərazisində Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi bütün tapşırıq və tövsiyyələrə uyğun olaraq rayonda geniş miqyaslı tədbirlər həyata keçirilir. Bu işlərə aidiyyəti qurumlar, bütün inzibati ərazi üzrə icra nümayəndəlikləri, yerli özünüidarəetmə orqanları cəlb olunmuşdur.
Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Saatlı şəhərinin bütün küçələri, mərkəzi park və meydanlar, rayonun 44 yaşayış məntəqəsi üzrə fərdi yaşayış evləri, inzibati binalar, sahibkarlıq obyektləri, küçələr, kəndarası yollar, habelə Saatlı şəhər ərazisində 51 ədəd və Sarıcalar kəndi ərazisində 20 ədəd çox mənzilli yaşayış binasının həyətyanı sahələri və giriş-çıxışları, Nərimanov kəndi ərazisində yerləşən məcburi köçkün qəsəbəsində 105 fərdi evin həyəti 3 dəfə dezinfeksiya edilərək yuyulmuşdur. Bundan əlavə rayonun ərazisində yerləşən park və meydanların girişləri bağlanmış və oturacaqlar yığışdırılmışdır. Rayonun din xadimləri ilə söhbətlər aparılmış, ibadət üçün insanların məscidlərə toplaşmamaları izah olunmuşdur. 
Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi tövsiyyələrlə bağlı Saatlı rayonunda yaradılmış 128 mobil qruplar tərəfindən Saatlı şəhərinin mərkəzi küçə və parklarında, eyni zamanda mərkəzi bazar ətrafında, rayonun digər kənd yaşayış məntəqələrində  aidiyyəti qurumlarla birgə əhali ilə maarifləndirici söhbətlərin aparılması tədbirləri görülür.
65 yaşdan yuxarı tənha sakinlərin müəyyən edilməsi, onlara sosial-məişət xidmətləri göstərilməsində, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərinin edilməsində və sair işlərdə lazımi köməkliklər göstərilməsi davam etdirilir.




İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Nazim İsmayılovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Nazim İsmayılov bu işin müqəddəsliyini qoruyub saxlayır. Nazim İsmayılov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Nazim İsmayılovdan danışdılar yaxşı ki, Nazim İsmayılov Saatlı rayon İcra Hakimiyyətinin başçısı təyin olunub… Nazim İsmayılov öz isguzarlığı ilə tanınır və seçilir….

Ölkə Prezidentinin sərəncamı ilə Saatlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Nazim İsmayılovun Saatlıya gəlişindən sonra, Saatlı əsraəngiz gözəlliyi ilə, baxanı valeh edir. Bu da Saatlı rayon İcra Hakimiyyətinin başcısı Nazim İsmayılovun rayona və onun vətəndaşlarına göstərdiyi qayğının bir nəticəsidir. Rayon rəhbərliyinin, konkret olaraq isə Saatlı rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Saatlıya inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə Nazim İsmayılov yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır

İlk olaraq diqqəti, Saatlıdakı inkişafı, yeniləşməni, müasirləşməni, insanların həyat səviyyəsinin yüksəlməsini, rayonun davamlı və çoxistiqamətli inkişafını görmək istəməyənlərin diqqətini görülən işlərə yönəltmək istərdik. Qeyd edək ki, rayona gələn gündən başlayaraq rayon icra hakimiyyətinin başçısı tikinti-abadlıq işlərində, mənəvi quruculuqda təbəddülat yaratdı. İlk növbədə məmur özbaşnalığına qarşı qanunsuz yolla çıxmağın arzuolunmaz nəticələri aradan qaldırıldı.

Ölkə rəhbərinin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülməlidir.

Odur ki, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində hər birimiz daha məsuliyyətlə işləməli, əhalinin sosial rifahını yüksəltməklə mövcud problemləri aradan qaldırmalı, yeni emal və sənaye müəssisələrinin açılması, yeni iş yerlərinin yaradılması üçün ardıcıl və məqsədyönlü iş aparmalıyıq.

Hər bir sahədə çalışanların fəaliyyətinə münasibətdə rayon icra hakimiyyətinin başçısı yalnız qanuna, ədalətə və şəffaflığa əsaslanır. Tam məsuliyyətimizlə deyirik ki, Saatlıda kiminsə haqqına toxunmaq kiminsə düşüncəsində belə özünə yer tapa bilməz. Bunun nəticəsidir ki, uzun illər durğun vəziyyətdə olan sahibkarlıq burada yeni inkişaf dövrünü yaşayır. Sahibkarlar problemlərinin həllində rayon İcra Hakimiyyətindən həmişə dəstək görürlər.
 
Şou Biznes