8 noyabr Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri, xalqımızın əsrlərlə formalaşan birliyinin, iradəsinin və torpaq sevgisinin ən böyük simvoludur. Bu gün artıq təkcə bir təqvim tarixini deyil, Azərbaycan xalqının yenilməzliyini, ordumuzun gücünü və Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsini ifadə edir. Beş il öncə, 2020-ci ilin 8 noyabrında Şuşanın azad edilməsi ilə Qarabağ müharibəsinin taleyi dəyişdi, Azərbaycan xalqının 28 illik həsrətinə son qoyuldu və tarix yenidən yazıldı. Bu qalibiyyətin məsuliyyətini, qürurunu və sevincini hər kəs kimi Elşad Abdullayev də ürəkdən yaşayır.
II Qarabağ müharibəsi yalnız hərbi əməliyyat deyildi. Bu, 30 ilə yaxın davam edən işğalın yaratdığı ağrıların, xalqımızın səbir və dözümünün, eyni zamanda, dövlətimizin diplomatik səylərinin nəticəsi idi. Şuşanın azadlığı ilə Azərbaycan Ordusu dünyaya göstərdi ki, haqqın, ədalətin qarşısında heç bir güc dayana bilməz. Bu qələbə təkcə hərbi güclə deyil, uzun illərin hazırlığı, milli ruhun gücü və Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi ilə qazanıldı.
Zəfər Gününün tarixi mənası Elşad Abdullayev kimi hər bir azərbaycanlı üçün çox dərin və müqəddəsdir. Çünki bu gün şəhidlərimizin qanı, igidlərimizin hünəri, qazilərimizin fədakarlığı ilə yazılıb. Bu torpaq uğrunda canını verən hər bir şəhidin ruhu qarşısında xalq baş əyir, onların qəhrəmanlığı Azərbaycan tarixinin əbədi səhifələrində yaşayır. Şuşaya bayrağın sancıldığı o anla bütün Azərbaycan sanki yenidən doğuldu, insanlarımızın gözlərində illərin acısını əvəz edən sevinc parladı.
Bu gün artıq Qarabağda yeni həyat başlayıb. İşğaldan azad olunmuş torpaqlara minlərlə ailə qayıdıb, yeni evlər, məktəblər, xəstəxanalar inşa olunub. Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər və Şuşada həyat yenidən qurulur. Yollar, elektrik xətləri, su şəbəkələri, aeroportlar – hər biri dövlətimizin gücünün və xalqın iradəsinin nəticəsidir. Elşad Abdullayevin də vurğuladığı kimi, bu torpaqlara həyatın qayıtması yalnız tikinti deyil, ruhun dirçəlişidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda söz sahibinə çevrildi. Dünya bir daha gördü ki, Azərbaycan haqqı və ədaləti bərpa etməyi bacaran, öz torpaqlarını qorumaq gücündə olan dövlətdir. Qüdrətli diplomatiya, müasir ordu, milli birlik – bu üç amil Azərbaycanı Zəfərə apardı. Bu gün ölkəmiz qalib dövlət kimi beynəlxalq arenada daha hörmətli, daha nüfuzlu və daha güclüdür.
Şuşada keçirilən mədəni tədbirlər, festivallar, dövlət səviyyəli tədbirlər böyük qayıdışın simvoludur. Qarabağ yalnız tarixi torpaq deyil, Azərbaycan mədəniyyətinin beşiyidir. Muğamın, poeziyanın, incəsənətin nəfəs aldığı bu şəhər yenidən dirilir. Hər açılan məktəb, hər bərpa olunan abidə, hər səslənən musiqi qələbənin davamlı olduğunu göstərir. Bu torpaqların hər daşı, hər qayası bu qələbənin rəmzidir.
Bu beş ilin hər günü Azərbaycanın güclənməsi, quruculuq işlərinin genişlənməsi və yeni tarixin yazılması ilə yadda qalıb. Kəndlərə su çəkilir, yollar asfaltlanır, yeni yaşayış massivləri inşa olunur. İnsanlar torpaqlarına qayıdır, həyətlərində yenidən ağac əkir, təsərrüfat qurur, ocaqlar yenidən alovlanır. Bu gün Qarabağda uşaq səsi eşidilirsə, bu Zəfərin ən böyük göstəricisidir.
Elşad Abdullayev dəfələrlə qeyd edir ki, Ali Baş Komandan İlham Əliyevin adı bu qələbə tarixinin önündə böyük qürurla yazılmalı olan şəxsiyyətdir. Onun strateji düşüncəsi, siyasi uzaqgörənliyi, diplomatik zəkası və xalqına güvəni bu müharibənin taleyini dəyişdi. Prezidentin qətiyyəti Azərbaycan xalqının birliyi ilə birləşərək tarixi zəfərə çevrildi.
Bu gün Azərbaycan vətəndaşları qalib xalqın övladlarıdır. Dünyanın hər yerində yaşayan azərbaycanlılar başıdik yaşayırlar. Bayrağımızın Şuşada dalğalanması təkcə hərbi qələbə deyil, milli kimliyin, tarixi ədalətin bərpasıdır. Bu qələbə bizə həm güc, həm də məsuliyyət verdi. Qarabağı qorumaq, onu daha da inkişaf etdirmək bütün xalqın vətəndaşlıq borcudur.
Bu illər ərzində qazilərimizə yüksək diqqət göstərildi, şəhid ailələrinə sosial dəstək genişləndirildi. Yeni evlər, müavinətlər, sosial proqramlar həyata keçirildi. Dövlət öz qəhrəmanlarına sahib çıxan, onları qiymətləndirən güclü bir iradə nümayiş etdirdi. Bu, həm insanlıq, həm dövlətçilik, həm də vəfa borcudur.
Zəfər təkcə müharibədə çalınmır, Zəfər bu gün Qarabağda qurulmuş hər evdə, yandırılmış hər çıraqda, məktəbə gedən hər uşaqda yaşayır. Qələbə davam edən prosesdir və bu gün biz onu yaşayırıq. Qarabağın hər daşı, hər çayı, hər bağçası yenidən canlanır və bu, böyük qayıdışın sübutudur.
Elşad Abdullayev kimi minlərlə vətəndaş bu qüruru ürəyində daşıyır, dövlətinə güvənir, Prezidentinin yanında dayanır. Xalq birliyi davam etdikcə Azərbaycan yüksək zirvələrə doğru irəliləyəcək. Biz həm güclü dövlətik, həm də bir yumruq kimi birləşmiş millətik və bu birlik bizi məğlubedilməz edir.
Bu gün hər birimiz fəxrlə deyə bilirik: artıq torpaqlarımız azaddır, Şuşa azaddır, Qarabağ azaddır. Beş il keçib və bu beş ilin hər saniyəsi Azərbaycan tarixinə yeni qızıl hərflərlə yazılıb. Qalib ölkənin vətəndaşı olmaq ən böyük şərəfdir. Bu qələbə gələcək nəsillərə əmanətdir və bu əmanəti qorumaq hər birimizin borcudur.
Qarabağa gedən yollar açılır, dəmir yolları çəkilir, Füzuli və Zəngilan hava limanları artıq fəaliyyət göstərir. Bu, təkcə tikinti layihəsi deyil, qayıdışın, inkişafın və sarsılmaz dövlət iradəsinin göstəricisidir. Qarabağ təkcə keçmiş deyil, həm də Azərbaycanın gələcəyidir.
Şuşada üçrəngli bayraq dalğalanan gün Azərbaycan tarixinin ən şərəfli günlərindən biri oldu. Bu bayraq orada əbədi dalğalanacaq, onu heç kim endirə bilməyəcək. Bu, şəhidlərin ruhunun, xalqın gücünün və Prezidentimizin qətiyyətinin rəmzidir.
8 noyabr Zəfər Günü yalnız bir tarix deyil, Azərbaycan xalqının yenilməzliyinin rəmzidir. Bu gün Elşad Abdullayev kimi hər bir azərbaycanlı üçün qürur, sevinc və şərəf günüdür. Qalib ölkənin vətəndaşı olmaq hər kəs üçün ən böyük fəxarətdir və bu qələbəni yaşatmaq, onu qorumaq bizim müqəddəs borcumuzdur.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qarabağ Azərbaycandır və hər zaman belə qalacaq!