Sabir Əliyev: “Azərbaycanda Birinci vitse-prezidentlik institutu uğurla fəaliyyət göstərir”


“Məlum olduğu kimi, Azərbaycanda Birinci vitse-prezidentlik institutu 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən ümumxalq referendumunun nəticələrinə görə yaradılmışdır. Qeyd etmək lazımdır ki, dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir. Ötən müddət ərzində əldə olunmuş müsbət nəticələri nəzərə alaraq, əminliklə demək olar ki, Birinci vitse-prezidentlik institutunun təsis olunması demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılmasını şərtləndirməklə yanaşı idarəetmənin səmərəlilik və çevikliyini artırıb”. Bu sözləri Azərbaycan Tibb Universitetinin prorektoru professor Sabir Əliyev deyib.

Beş il bundan öncə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasını ölkənin müasir tarixində mühüm hadisə kimi dəyərləndirən Sabir Əliyev qeyd edib ki, hazırda Birinci vitse-prezidentlik institutu uğurla fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik fəaliyyətinin dövlət idarəçilik sisteminə müasirlik qatdığını vurğulayan A.Naxçıvanlı bu təyinatın peşəkarlıq amilinin aktuallığını artırdığını deyib: “Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı Sərəncama əsasən Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunub. Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edərkən dövlətimizin başçısı demişdi: “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır”. Həqiqətən də Mehriban xanım Əliyevanın mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə, zəngin mədəniyyətimizin təbliğinə, müxtəlif istiqamətlərdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən yeni layihələrin reallaşdırılmasına yönəldilmiş fəaliyyəti bu gün Azərbaycan cəmiyyətində yüksək dəyərləndirilir. Ölkənin Birinci vitse-prezidentinin fəaliyyətini səciyyələndirən əsas cəhətlər kimi dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni qeyd etmək olar. Həmçinin Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində məqsədyönlü addımlar atılır, irimiqyaslı layihələr həyata keçirilir. Birinci vitse-prezident mütəmadi olaraq ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində mühüm beynəlxalq layihələri reallaşdırır”.

Sabir Əliyev xüsusi olaraq vurğulayıb ki, Mehriban xanım Əliyevanın fəaliyyəti beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında mühüm rol oynayır: “Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsi funksiyasını uğurla həyata keçirir. Fondun xeyriyyəçilik tədbirləri bu gün artıq təkcə Azərbaycanı deyil, həmçinin bir çox xarici ölkələri əhatə edir. Əlbəttə ki, bu fəaliyyət hər şeydən öncə ölkəmizin dünyada tanınmasına və təbliğinə xidmət edir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilmişdir. Bilavasitə Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində bu gün Azərbaycan dünyanın siyasi xəritəsində mədəniyyətlərarası dialoq ünvanlarından biri kimi tanınır. Mehriban xanım Əliyevanın Fransa, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və başqa ölkələrin Birinci xanımları və ya dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları ilə keçirdiyi çoxsaylı görüşlər, əməkdaşlıq etdiyi müxtəlif platformalar Azərbaycanın müsbət beynəlxalq imicinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir”.     

Daha sonra Sabir Əliyev Azərbaycanı dünyaya tanıtdırmış mədəni layihələrdən danışaraq bunları deyib: “Qeyd etmək lazımdır ki, ölkənin Birinci vitse-prezidentinin təşəbbüsü ilə Azərbaycanın maddi və qeyri-maddi irsinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün indiyədək yüzlərlə təqdimatlar, sərgilər və tədbirlər keçirilmişdir. Fransada, İtaliyada, Rusiyada və başqa ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlamışdır. Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik, həmçinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının 100 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, “Kitabi-Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmişdir. Həmçinin Azərbaycanın milli sərvəti olan muğam sənətinin beynəlxalq arenaya çıxarılması da məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Bundan başqa Birinci vitse-prezidentin rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirmişdir. Eyni zamanda, Fond Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır. Birmənalı olaraq deyə bilərik ki, Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Ölkə Prezidenti cənab İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır”.

  • Нравится
  • 0
  • Gfytpo
  • 29-11-2022, 05:36
  • : 05:36
buy levaquin 500mg without prescription levaquin 500mg tablet
действия
Şou Biznes