Zəfər yürüşümüz

     Artıq bütün Azərbaycan xalqı  qocalar, gənclər və uşaqlar ürəyində vətən sevgisi olan hərkəs Azərbaycanın tarixinə,dəyərlərinə bələd olduğu kimi başına gələn müsibətlərə bələddir.30 mindən artıq insanin həyatı və Qarabağın işğalı bahasina başa gələn müharibələr Azərbaycan xalqının ürəyində dərin,ağrılı izlər buraxmışdır.30 il davam edən vətən, torpaq həsrəti Azərbaycan Respublikasinin prezidenti Ali Baş komandan İlham Əliyevin  uğurlu siyasəti nəticəsində sona çatdı.       

   44 günlük İkinci Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz dünyaya səs saldı. Mübaliğəsiz deyə bilərik ki, müzəffər ordumuzun əfsanəvi qəhrəmanlığı və modern döyüş bacarığını nümayiş etdirməsi bütün dünyada heyrətlə qarşılandı.Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil torpağımızı işğalçılardan azad etdi. İgid oğullarımız bükülmüş belimizi dikəltdilər,mənfur düşmənin saxta mifini heç etdilər. Ermənistanın işğalçı siyasətinə son qoyuldu və Qarabağ işgaldan azad olundu.

     Hərbi çağırışçılarla yanaşı, çağırışdan kənar müharibə bölgəsinə könüllü gedən igid oğullarımıza,əsgərlərimizə həm maddi həm mənəvi dəstəyini əsirgəməyən Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi. İşğaldan azad olunmuş  torpaqlarda xalqımıza aid tarixi abidələrə qarşı törədilmiş vəhşiliklər erməni vandalizmini bir daha sübut edir və bu ərazilər erməni faşizminin şahidləridir. Qazandığı tarixi qələbə ilə xalqımız bütün dünyaya öz gücünü nümayiş etdirdi.  Azərbaycan xalqı yüzlərlə körpələrin,anaların,qocaların fəryadlarını, vətən uğrunda canlarından keçən igid oğullarını heç vaxt unutmayacaq. Belə vətənpərvər, qəhrəman igidləri  olan Vətən heç vaxt yenilməyəcək, daim öz şan-şöhrətini və qüdrətini qoruyub saxlayacaqdır!

İnanırıq ki, xalqımız mənfur düşməndən azad etdikləri müqəddəs torpaqların bərpa edilməsində və çiçəkləndirilməsində də, burada müasir infrastrukturun qurulmasında da böyük xidmət və rəşadət göstərəcəklər! Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  ətrafında dəmir yumruq kimi birləşəcək.



Masallı şəhər 6 saylı tam orta məktəbin müəllimi Məhsəti Alışova.



  • Нравится
  • 0
  • Obmbfe
  • 27-11-2022, 16:33
  • : 16:33
buy levaquin 250mg online levofloxacin for sale online
действия
Şou Biznes