Dövlət başçısı: "Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub"
- 19.10.2020, 09:54,
- Siyasət
- Baxılıb: 316
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozaraq oktyabrın 18-də saat 00:02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.
Dövlət başçısı bildirib ki, bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var.:
"Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib".